1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
06.10.2017 / No37

 
 

 

 


Paytaxt üzrə 22 mindən çox uşaq qruplara cəlb edilib

Niyazi RƏHİMOV

Oktyabrın 2-də ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb. Bakıdakı 20 nömrəli məktəb-liseydə məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, valideynlər, uşaqlar və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Lamiyə Şərəfxanova qeyd edib ki, 2017-2018-ci tədris ili üçün BŞTİ-nin tabeliyindəki 263 ümumi təhsil müəssisəsində yaradılan 850-dən artıq məktəbəhazırlıq qruplarına 22 mindən çox uşaq cəlb edilib. Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. L.Şərəfxanova onu da deyib ki, 2017-2018-ci tədris ilində paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşaq cəlb edilib. Əgər ötən tədris ilində məktəbəhazırlıq qruplarına beşyaşlıların 55 faizi cəlb edilmişdisə, cari ildə bu göstərici 65 faizə qədər yüksəlmişdir. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris olunur. Gün ərzində keçirilən 3 məşğələnin hər birinin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Onlar tədris vəsaitləri ilə dövlət hesabına təmin olunur.

Tədbirdə çıxış edən 20 nömrəli məktəb-liseyin direktoru Yaqut Məmmədova beşyaşlıları salamlayaraq, onları bu əlamətdar gün münasibətilə təbrik edib. Bu il məktəbəhazırlıq qruplarına daxil olan uşaqlar haqqında məlumat verən direktor qeyd edib ki, 2017-2018-ci tədris ilində məktəbdə 3-ü Azərbaycan, 3-ü isə rus bölməsi olmaqla 6 qrup fəaliyyət göstərəcək. Qruplara 165 beşyaşlının cəlb edildiyini deyən direktor bunun üçün hər cür şəraitin olduğunu bildirib.

Tədbirin sonunda məktəbə ilk dəfə qədəm qoyan beşyaşlıların ifasında şeirlər söylənib, mahnılar oxunub.
 

yuxarı ⤴