1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Təhsil işçiləri peşə bayramını qeyd ediblər
06.10.2017 / No37

 
 

 

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar konfranslar, mühazirə və “dəyirmi masa”lar, şagirdlərin əl işlərindən ibarət sərgilər, bədii qiraət gecələri təşkil edilib. Həmçinin, “Ən yaxşı açıqca və ən sevimli müəllim”, “Müəllimlərə arzularım”, “Mənim sevimli müəllimim”, “Səndən öyrəndim” kimi rəsm, şeir, inşa, video müsabiqələri keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının, yerli icra qurumlarının, ziyalıların, şair və yazıçıların, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etdiyi tədbirlərdə təhsil sahəsində aparılan islahatlardan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan danışılıb. Ölkəmizdə müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu bildirilib.

Tədbirlərdə şərəfli peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən söz açılıb. Çıxış edən müəllimlər hər il daha da inkişaf edən təhsilimizə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli və savadlı gənclər yetişdirəcəklərinə söz veriblər.

Şagirdlər müəllimlərə həsr edilmiş şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Onlar da müəllimlərini təbrik edib, şərəfli və məsuliyyətli peşələrində uğurlar arzulayıblar.
 

yuxarı ⤴