1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Müəllim adı uca tutulur
06.10.2017 / No37

 
 

 

 


5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Naxçıvan” Universitetində tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor İsmayıl Əliyev şərəfli peşə sahiblərini təbrik edib, müəllim əməyinə verilən qiymətdən danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli təhsilimizin yenidən qurulmasına diqqətlə yanaşmağa başlamışdır. Milli təhsilimizin məzmunca təkmilləşdirilməsi, müasir dünya təcrübəsi və milli ənənələr əsasında inkişafı təmin edilmiş, azərbaycançılıq ideologiyasını özündə əks etdirən tədris proqramları, çoxsaylı dərsliklər hazırlanmış, ayrı-ayrı təhsil sahələri və fənlər üzrə yeni standartlar tətbiq edilmişdir. “Mən Yer üzündə müəllim adından yüksək ad tanımıram” deyən ulu öndər aradan uzun illər keçməsinə baxmayaraq, ona dərs deyən müəllimlərin adlarını, soyadlarını hər zaman xatırlamış, onlar haqqında səmimiyyətlə danışmış, hörmət və ehtiramını bildirmişdir.

Rektor onu da diqqətə çatdırıb ki, ölkəmizdə aparılan təhsil quruculuğu muxtar respublikada da uğurla həyata keçirilir.

Sonda universitet tələbələri müəllimlərə həsr edilmiş şeirləri bədii qiraət ediblər.

yuxarı ⤴