1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Paytaxtın məktəb direktorları ilə görüş keçirilib
06.10.2017 / No37

 

 

 


Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılması əsas hədəflərdəndir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.

BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşdə yeni dərs ilində tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetməsi məsələlərindən bəhs olunub.

Tədbirdə BŞTİ-nin rəhbərliyi, struktur bölmə müdirləri, təhsil müəssisələrinin direktorları və direktor müavinləri iştirak ediblər.

20 nömrəli məktəb-liseydə təşkil edilən görüşdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva tədbir iştirakçılarını salamlayaraq, təhsil sahəsində aparılan islahatlardan, idarənin qarşısında duran vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb.
M.Vəliyeva bildirib ki, “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində BŞTİ tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə çoxşaxəli tədbirlərin həyata keçirilməsinə başlanılıb. 2017-2018-ci tədris ilində nəzərdə tutulan istiqamət və hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrə toxunan M.Vəliyeva paytaxt təhsilində əldə olunan uğurlardan və nəzərdə tutulan həlli vacib məsələlərdən danışıb.

Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu xatırladan BŞTİ-nin müdiri məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb.

Görüşdə məktəblərin idarəetməsi, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, fənn olimpiadaları, Təlimə Dəstək Mərkəzinin fəaliyyəti, məktəblərdə psixoloji xidmət, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi kimi məsələlər müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Tədbir iştirakçılarını və paytaxtın təhsil ictimaiyyətini 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edən M.Vəliyeva 2017-2018-ci tədris ilinin daha uğurlu olacağına əminliyini ifadə edib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Rəşad Tağıyev kadrlarla iş, işə qəbul üzrə müsabiqələrin təşkili və digər müvafiq məsələlər haqqında fikirlərini bildirib.

Daha sonra ötən tədris ilində qazanılan nailiyyətlərə, təlim-tərbiyə prosesinin təşkili və idarə edilməsində səmərəli fəaliyyətinə görə bir sıra təhsil müəssisələrinin direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri BŞTİ-nin Fəxri Fərmanı ilə təltif olunublar.

Sonda BŞTİ Həmkarlar İttifaqı Komitəsi tərəfindən 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir iştirakçılarına hədiyyələr təqdim edilib.

yuxarı ⤴