1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək
06.10.2017 / No37

 

 

 


Oruc MUSTAFAYEV

Azərbaycanda optimallaşdırılması aparılan peşə təhsili müəssisələrində ümumtəhsil fənn müəllimləri və mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Sonradan həmin müəssisələr üzrə vakant yerlər elan olunacaq və müəllimlərin işə qəbulu aparılacaq. Bu barədə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev jurnalistlərə açıqlamasında bildirib. “Bakıda demək olar ki, optimallaşma prosesi aparılıb, nəticədə müəssisələr birləşib və yaxın gələcəkdə mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi nəzərdə tutulub. Bundan sonra Bakı şəhərində optimallaşdırılmış müəssisələrdə mövcud olan kadrlara tələbat müəyyənləşəcək”.

F.Mustafayevin sözlərinə görə, optimallaşdırma aparılmayan müəssisələrdə isə çatışmayan müəllimlərin yerləşdirilməsi cari məsələdir. Təhsil müəssisələrində çalışan müəllimlərin işə qəbulu nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə ilə həyata keçirilir.
Peşə təhsili sisteminin peşəkar kadrlarla təminatı məsələsinə gəlincə, F.Mustafayev bildirib ki, bu məsələ də beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən görüşlərdə diqqət mərkəzindədir. “Burada, əlbəttə, peşə təhsilinin mövzusu olan əməkhaqqı sisteminin təkmilləşdirilməsi və əməkhaqlarının ilkin vəziyyətdən daha yüksək səviyyədə müəyyənləşdirilməsi bir problem olaraq qarşımızda durur. Burada biz həm dövlətin, həm də özəl sektorun iştirakını gözləyirik”.

 

yuxarı ⤴