1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Bir günlük tələbə”
06.10.2017 / No37

 
 

 

 


UNEC-dən şagirdlərə inanılmaz fürsət

UNEC yuxarı sinif şagirdlərinə “bir günlük tələbə” olmaq şansı yaradır. “UNEC-də bir gün” layihəsinin məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində çətinlik çəkən şagirdlərə məsləhət vermək, onların ixtisas fənlərində dinləyici qismində iştirakına şərait yaratmaqdır.

Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağı olan UNEC-də dərs və imtahan prosesi ictimaiyyətə açıq keçirilir. Ötən tədris ilində UNEC-in abituriyentlərə yaratdığı bu imkandan faydalanan onlarla şagird artıq UNEC tələbəsidir. Onlar ixtisas seçməkdə məhz öncədən UNEC-dəki dərslərdə iştirakın böyük rol oynadığını deyirlər. Dərslərdə şagirdlərlə yanaşı, onların valideynləri də iştirak edə bilərlər.

UNEC Azərbaycanda dörd dildə (Azərbaycan, ingilis, rus və türk) təhsil verən və xaricdə filialı olan yeganə ali təhsil ocağıdır. Burada 21 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. UNEC Avropada iqtisadçı kadrların hazırlığı üzrə lider olan London Universiteti/London İqtisadiyyat Məktəbi və Fransanın ən qədim ali təhsil ocaqlarından olan Montpellier Universiteti ilə bakalavrlar üçün ikili diplom proqramı həyata keçirir. Bu ildən etibarən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək məqsədilə UNEC-də Universitet Daxili İki Diplom (UDİD) proqramının icrasına başlanılıb. UDİD proqramı bakalavrlara 4 il ərzində iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı yaradır.

Qeyd edək ki, 2017/2018-ci tədris ilində UNEC-ə qəbul planı 96.6 faizlə yerinə yetirilib. II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 481 nəfərin 288-i, yəni 60 faizi məhz UNEC-i seçib. II ixtisas qrupu üzrə 700 ballıq nəticə göstərən abituriyentin hər ikisi - Cavad Əliyev və Arzu Məmmədzadə də UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alırlar. II ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin 74%-i məhz UNEC tələbəsidir.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497 58 63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi (www.facebook.com/uneceduaz/) ilə əlaqə saxlaya bilərlər.

 

yuxarı ⤴