1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





AzTU iki universitetlə əməkdaşlığı genişləndirir
06.10.2017 / No37

 
 

 

 


Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları - dosent Ərəstun Məmmədov və Fariz Əmirov Almaniya və Çexiyada işgüzar səfərdə olublar. Alimlər səfər çərçivəsində Almaniyanın Brandenburq Texniki Universitetində (BTU) və Çexiyanın Liberec Texniki Universitetində (LTU) bir sıra görüşlər keçirib, elmi məruzələrlə çıxış ediblər.

Görüşlər zamanı avropalı elm adamlarına AzTU-da son illər aparılan elmi işlər, ölkəmizdə texniki elmin inkişafı istiqamətində həyata keçirilən davamlı tədbirlər haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Strateji Yol Xəritəsi”ndə texniki təhsil ayrıca istiqamət olaraq göstərilib və bu sahənin qarşıdakı illərdə inkişaf etdirilməsi üçün konkret hədəflər qeyd olunub.

Məruzələr zamanı AzTU-da aparılan elmi tədqiqat işləri və tədrislə yaxından maraqlanan BTU tələbəsi tədrisini bir semestr Azərbaycan Texniki Universitetində davam etdirmək istəyini bildirib. AzTU ilə Almaniyanın Brandenburq Texniki Universiteti arasında mövcud olan tələbə mübadiləsi proqramına əsasən həmin tələbənin istəyinə müsbət cavab verilib.


 

yuxarı ⤴