1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət
06.10.2017 / No37

 
 

 

 


Cənab Prezident!
Sizin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanınız çox keçmədi ki, bölgəmizdə də öz real nəticəsini göstərdi. Belə ki, qısa müddət ərzində rayonumuzun görünüşü dəyişməyə başladı. Bunlara paytaxtı rayonumuzla birləşdirən çoxzolaqlı magistral yolun, respublikada və bəlkə də dünyada analoqu olmayan “ASAN xidmət” mərkəzinin, rayondaxili və kəndlərarası asfalt yolların, muzey binasının, incəsənət məktəbinin, təhsil müəssisələrinin açılışını misal göstərmək olar. Yaxın günlərdə Mərkəzi Rayon Xəstəxanasının da əsaslı təmirdən sonra açılışı gözlənilir. Bu inkişaf hətta bizim kənd ərazi vahidində də özünü göstərdi. Belə ki, kənd ərazi vahidimizdə olan iki yararsız məktəb yenidən tikildi, birisi isə əsaslı təmir olundu. Kəndimizin yollarına asfalt örtüyü çəkildi, genişzolaqlı internet və qaz xətti çəkildi.

Cənab Prezident!
Sizin təhsilə qayğınız təkcə yeni təhsil müəssisələrinin tikintisi ilə məhdudlaşmadı. Təhsil Nazirliyində kadr dəyişikliyi aparmaqla təhsildə islahatların yeni mərhələsinə start verdiniz. Bu islahatlar təkcə müəllimlərin sosial vəziyyətlərinin və rifah hallarının yaxşılaşmasına yox, həm də müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi fonunda təhsilverənlərin keyfiyyət göstəricilərinin artırılmasına və əməyinin stimullaşdırılmasına xidmət etdi. Regionlarda təhsil islahatları fonunda ölkənin təhsil işçiləri və valideynlər sizin siyasətinizin müsbət nəticəsini öz ictimai həyatlarında əyani və praktiki hiss edirlər.

Cənab Prezident!
Məktəbimizin müəllim, valideyn və şagird kontingenti adından ölkədəki təhsil islahatlarına və onların regionlardakı real nəticələrinə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirməyi özümüzə borc bilirik. Ölkəmizin təhsil ictimaiyyəti kimi biz də Sizin fəaliyyətinizi yüksək qiymətləndirir və gələcək islahatlarınızı bütün təhsil ordusu kimi dəstəkləyəcəyimizi bəyan edirik. Sizə gələcək fəaliyyətinizdə uğurlar diləyirik.


Masallı rayon Çayqıraq kənd ümumi orta məktəbin kollektivi
5 oktyabr 2017-ci il

yuxarı ⤴