1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Sumqayıt Dövlət Universiteti bir qrup əməkdaşını mükafatlandırdı
06.10.2017 / No37

 
 

 

 


Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmətlə, yüksək ehtiramla çəkilmişdir. Bu sözlər oktyabrın 5-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.

Tədbiri universitetin rektoru, professor Elxan Hüseynov açaraq təhsil işçilərini səmimi-qəlbdən təbrik edib, bu günün tarixi əhəmiyyətindən, ölkəmizdə aparılan təhsil siyasətinin prioritetlərindən, müəllimlərə göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkənin təhsil sisteminə böyük diqqət və qayğısı nəticəsində əldə olunan nailiyyətlər günümüzün danılmaz həqiqətidir. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin milli elm və təhsilin inkişafı, problemlərinin həlli istiqamətində həyata keçirdiyi siyasət də məhz ulu öndərin formalaşdırdığı mütərəqqi ənənələrin davamıdır. Prezident cənab İlham Əliyevin hər il Beynəlxalq Müəllimlər Günü ərəfəsində onlarca müəllimi fəxri ada, dövlət təltiflərinə layiq görməsi onun təhsil və elm sahəsində çalışan çoxsaylı ziyalılara göstərdiyi yüksək etimaddır.

Rektor Elxan Hüseynov Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə və qazandığı uğurlara görə universitetin bir qrup əməkdaşına Fəxri fərman və pul mükafatları təqdim edib.

Daha sonra professor-müəllim heyətinin iştirakı ilə yüzlərlə gəncin yaxşı mütəxəssis, vətənpərvər vətəndaş, xeyirxah bir insan kimi formalaşmasında əvəzsiz xidmətləri olan, ömürlərinin yarım əsrdən artıq bir dövrünü Sumqayıt Dövlət Universitetinə həsr etmiş Neft kimyası və kimya mühəndisliyi kafedrasının dosentləri, 80-ə yaxın elmi əsərin, o cümlədən, 15 ixtiranın müəllifi Bəsirə Humay qızı Məmmədovaya və 100-dən çox elmi əsərin, 20 metodiki göstərişin, 5 dərs vəsaitinin müəllifi Rəhilə İsmayıl qızı Məmmədovaya Fəxri fərman və pul mükafatları təqdim olunaraq təqaüdə yola salındı.

 

yuxarı ⤴