1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Azərbaycan ordusunun qüdrətindən söz açılıb
06.10.2017 / No37

 
 

 

 


İmişli şəhər 5 nömrəli məktəb-liseydə Çıraq Humanitar və İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Aprel döyüşləri timsalında Azərbaycan ordusunun qüdrətinin təbliği” mövzusunda tədbir keçirilib. Yığıncaqda Çıraq HİİB-nin rəhbərliyi və əməkdaşları, məktəb-liseyin müəllim və şagirdləri, rayon metodik kabinetin əməkdaşları, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Məktəb-liseyin direktoru Validə Zülfüqarova Aprel döyüşləri haqqında danışaraq bildirib ki, ordumuzun aprel qələbəsi Azərbaycanda hakimiyyət və xalq arasında sıx birliyi göstərməklə bu birlik sayəsində işğal altındakı torpaqlarımızın azad olunacağı inamını yaradıb. Çıraq HİİB-nin təsisçi direktoru Nadir Cəfərov məruzəsində qeyd edib ki, Aprel döyüşləri igidlərimizin tarix yazdığı bir döyüşdür. Bu qələbə bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı öz ərazilərinin işğal altında olması ilə barışmayacaq, nəyin bahasına olursa-olsun torpaqlarımızı düşmən tapdağından azad edəcək. Bildirilib ki, hər bir kəs, xüsusən gənclərimiz Aprel döyüşləri, burada igidlərimizin göstərdiyi qəhrəmanlıqlar haqqında məlumatlı olmalıdırlar.

Metodik kabinetin direktoru Sevdimalı Hüseynov və məktəb-liseyin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri Şahin Musayev Aprel döyüşləri haqqında geniş məlumat veriblər. Çıxış edənlər Cocuq Mərcanlıya qayıdışın yaxın gələcəkdə azad olunacaq bütün işğal altında olan torpaqlarımıza qayıdışın başlanğıcı olduğunu vurğulayıblar.
 

Vilayət ƏLİYEV,
İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 

yuxarı ⤴