1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Özünə və şagirdlərinə qarşı tələbkar müəllim
06.10.2017 / No37

 

 

 


Natiqə Məmmədova 1986-cı ildən taleyini Sumqayıt şəhər T.İsmayılov adına 29 nömrəli orta məktəbə bağlayıb. Onun fikrinə görə, sürətlə inkişaf edən təhsil sisteminin müvəffəqiyyəti bir çox cəhətdən təlim-tərbiyənin bünövrəsi olan ibtidai təhsildən asılıdır. Elm, təhsil yollarında titrək addımlarla yeriməyə başlayan hər uşağın qəlbində zəka çırağını yandırmağı bacarmaq böyük hünər tələb edir. Natiqə müəllim özünə və şagirdlərinə qarşı çox tələbkardır. Tədrisin keyfiyyətinə, şagirdlərin sərbəst seçimlərinə və davranışına xüsusi fikir verir. O, dərsdə sinifdənkənar məşğələlərin vəhdətinə, hər ikisinin yüksək səviyyədə aparılmasına, ayrı-ayrı fənlərin tədrisi zamanı elmiliyə, həyatiliyə xüsusi diqqət yetirir. Şagirdlərin müstəqil idrakını və praktik fəaliyyətini düzgün istiqamətləndirmək və formalaşdırmaq məqsədilə dərsin hər dəqiqəsindən səmərəli istifadə etməyə, şagirdləri daha çox düşündürməyə və özünənəzarətə alışdırmağa çalışır.

N.Məmmədovanın bütün dərslərində vətənə, torpağa məhəbbət əsas prioritetdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 və 90 illiyi, “Beynəlxalq Ana Dili” günü, Səməd Vurğunun 110 illiyi ilə bağlı ümumşəhər səviyyəsində keçirdiyi tədbirlərinə, ümumiyyətlə, nümunəvi pedaqoji fəaliyyətinə görə məktəb və təhsil şöbəsi rəhbərliyi tərəfindən dəfələrlə Fəxri fərmanla təltif edilib. 2016-2017-ci tədris ilində “Bayraq günü”, “Şəhidlər günü” tədbirləri Az.TV proqramlarında göstərilib. Bu il Natiqə müəllimin bünövrəsini qoyduğu 11a sinfində oxuyan Şahin Niftəliyev 677 balla ali məktəbə qəbul olub.

Elnarə AKİMOVA

yuxarı ⤴