1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Əcnəbi tələbələr miqrasiya qanunvericiliyi ilə bağlı maarifləndirilib
06.10.2017 / No37

 
 

 

 


Gəncə Dövlət Universitetində Gəncə Regional Miqrasiya İdarəsinin əməkdaşları ilə görüş keçirilib.

Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri açaraq bildirib ki, keçirilən görüş tələbələrin miqrasiya qanunvericiliyi ilə bağlı maariflənməsi baxımından çox əhəmiyyətlidir.

Tədbirdə Gəncə Regional Miqrasiya İdarəsinin rəis müavini Orxan Xıdırov, Miqrasiya rejiminə nəzarət və qeydiyyat bölməsinin rəisi Vüsal Xəlilov, inspektorlar Azad Namazov və Əhməd Rzaquliyev məruzə ilə çıxış ediblər.

Tədbirdə Gəncə Dövlət Universitetində və Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan əcnəbi tələbələrə miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin funksiyaları izah olunub. Ölkəmizə gələn əcnəbilərin respublikamızda olma və yaşamalarını leqallaşdırmalarının qanunvericiliyin tələbi olduğu diqqətə çatdırılıb. Çıxışlarda qanunsuz miqrasiya halları ilə mübarizə sahəsində əldə olunmuş nəticələrə də toxunulub. Qanunsuz miqranta çevrilməmələri üçün Azərbaycana təşrif buyuran hər bir əcnəbinin miqrasiya ilə bağlı müvafiq prosedurlara əməl etməsinin vacibliyi əsaslandırılıb. Tələbələr ölkəmizdə həyata keçirilən miqrasiya siyasəti haqqında geniş məlumatlandırılıb, onlara əsaslar olduğu halda Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları izah olunub.

Daha sonra tələbələrə İnzibati Xətalar Məcəlləsindəki yeniliklər haqqında da məlumat verilib. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə, Azərbaycan Respublikasında olması, yaşaması, yaxud ölkə ərazisindən tranzitlə keçməsi qaydalarının pozulmasına görə müəyyən olunmuş inzibati məsuliyyətdən bəhs olunub.

Sonda tələbələri maraqlandıran suallar da cavablandırılıb.
 

yuxarı ⤴