1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Açıq tipli sualların qiymətləndirilməsi” mövzusunda seminar keçirilib
06.10.2017 / No37

 
 

 

 


Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ ) tərəfindən “Açıq tipli sualların qiymətləndirilməsi” mövzusunda seminar keçirilib. Seminarda Abşeron ümumtəhsil məktəblərinin direktorlarının müavinləri (ibtidai siniflər üzrə) və metodbirləşmə rəhbərləri iştirak ediblər.

Seminarın keçirilməsində əsas məqsəd məktəbdaxili qiymətləndirmələrdə istifadə olunan açıq tipli sualların qiymətləndirilməsi yollarını izah etmək və bu sahədə müəllim bacarıqlarını inkişaf etdirmək olub.

TİPİİ-nin direktor müavini Nəzakət Mehdiyeva seminar iştirakçılarına qiymətləndirmə növlərinə uyğun vasitələrin hazırlanması, şagirdlərin təlim fəaliyyətini izləmək üçün qiymətləndirmə meyarlarının və rubriklərin tərtibatı, qapalı və açıq tipli sualların xüsusiyyətləri barədə ətraflı məlumat verib.

Seminarda həmçinin açıq tipli sualların yoxlanılması, qiymətləndirmə balları və qiymət meyarları kimi məsələlər də müzakirə olunub.

Sonda müəllimləri maraqlandıran suallara ətraflı cavab verilib.

Aysel TAHİROVA,
Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴