1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kitab təqdimatı
06.10.2017 / No37

 
 

 

 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatrşünaslıq kafedrasının müdiri, professor, əməkdar incəsənət xadimi Aydın Talıbzadənin “Faciə: Janriçi mutasiyalar” adlı kitabının təqdimatı keçirilib.

ADMİU-nun “Heydər Əliyev: Mədəniyyət və İncəsənət Məktəbi”ndə keçən təqdimat mərasimində universitetin rektoru, professor, əməkdar incəsənət xadimi Fərəh Əliyeva “Faciə: Janriçi mutasiyalar” adlı kitabın maraqlı və mürəkkəb olduğunu deyərək müəllifə yaradıcılıq uğurları arzulayıb.

Təqdimatda çıxış edənlər müəllif və təqdim olunan kitab haqqında fikirlərini bölüşüblər.

Aydın Talıbzadə çıxışında qonaqlara təşəkkürünü bildirərək müəllifi olduğu “Faciə: Janriçi mutasiyalar” adlı kitabda dünya mədəniyyətində mövcud müəyyən problemləri işıqlandırdığını və kitabın oxucular tərəfindən dəyərləndiriləcəyinə ümid etdiyini ifadə edib.
 

yuxarı ⤴