1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Elm xəbərləri
06.10.2017 / No37

 
 

 

 


Mikroskopik robotlara DNT molekullarını çeşidləmək öyrədilib



Yusif ƏLİYEV

İnsan orqanizminin daxilində işləmək imkanına malik nanorobotlar son dərəcə perspektivli tətbiqlərdən biridir. Onlar diaqnostika apara, insanların sağlamlıq vəziyyətini izləyə, hətta xəstəlikləri müalicə edə bilərlər. Bu yaxınlarda Kaliforniya Texnologiya İnstitutunun alimlərinin hazırladığı kiçik biorobot DNT molekulunun səthində hərəkət edə və onun zəncirini yenidən qura bilər.

www.hi-news.ru  saytının məlumatına görə, molekulyar robotlar orqanizmin daxilində missiyalar yerinə yetirmək üçün yaradılıb. “Bizim hədəfimiz DNT molekullarının çeşidlənməsi kimi mürəkkəb nanomexaniki məsələləri yerinə yetirə bilən molekulyar robotun hazırlanmasından ibarət idi”, - deyə tədqiqatçılar “Science” jurnalına müsahibəsində bildiriblər. Robot “ayaqlarının” köməyi ilə DNT “sapları” üzrə hərəkət edir. Onun “səyahəti” hərəkət etdirməli olduğu molekula qədər davam edir. 5 dəqiqə ərzində robot 6 nanometr məsafə qət edir. Yeni texnologiyanın iş qabiliyyətinin yoxlanması üzrə sınaqlar seriyasının gedişatında biorobot 58 kvadrat nanometrlik DNT-dən ibarət sahədə hərəkət edib.

İndi alimlər robotun hərəkətlərinin optimallaşdırılması ilə məşğuldurlar. Mütəxəssislərin bəyanatına əsasən, biorobotun iş prinsipini dərmanların sintezi üçün birbaşa insan orqanizminin daxilində istifadə etmək mümkün olacaq.


Yeni mikroskop hüceyrə və orqanların 3D-təsvirlərini yaradır



Madridin III Karlos Universitetinin alimləri tədqiq edilən obyektlərin üçölçülü modellərini tez bir zamanda əldə etmək imkanına malikdirlər. Hazırladıqları mikroskop sayəsində onlar məsələn, balıqların ürəyinin necə döyündüyünü görə və dərhal onun üçölçülü rekonstruksiyasını əldə edə bilərlər.

www.hi-news.ru  saytının məlumatına görə, bu qurğu saniyədə 200 kadra qədər çəkməyə imkan verir, bunun sayəsində aparat analoji qurğuların fonunda əlverişliliyi ilə seçilir. Buna bənzər ən müasir aparatlar saniyədə ən çox beş şəkil çəkmək imkanına malikdir.

Aparat dörd lazerlə təchiz edilib, lakin onların sayını altıya qədər artırmaq mümkündür. Qurğu bu lazerlər sayəsində müxtəlif tip hüceyrələri digər hüceyrəyə nəzarət etmək lazım olduğu zaman hər dəfə onları dəyişdirməyə ehtiyac olmadan işıqlandıra bilər. Üçölçülü modeli yaratmaq üçün, mikroskop müxtəlif mövqelərdən şəkillər çəkir, buna görə də bu mürəkkəb prosesə cəlb edilmiş bütün lazer, kamera, filtr və mühərriklər aparatın işini nizama salan, istehsalçıların “QI-scope” adlandırdıqları xüsusi proqram təminatı ilə idarə olunurlar.

Alimlərin sözlərinə görə, onların mikroskopu canlı orqanizmləri öldürmədən onları daha effektiv öyrənməyə imkan verəcək.

İKT.az saytının materialları əsasında

yuxarı ⤴