Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
Təhsil işçiləri ölkə Prezidentinə minnətdarlıq edirlər
08.10.2016/№39

 

 


Nüqbar Qayıblı,
Bakı şəhəri 239 nömrəli tam orta məktəbin biologiya müəllimi

1955-ci ildə Şamaxı rayonunda anadan olmuşam. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirdikdən sonra Şamaxı rayonunda pedaqoji fəaliyyətə başlamışam. İşlədiyim müddətdə bir çox uğurlarım olub. 2003, 2004, 2005-ci illərdə “İlin ən yaxşı müəllimi” olmuşam. Bir sıra beynəlxalq konfansların iştirakçısıyam. Pedaqoji mətbuatda xeyli yazım dərc olunub. 2010-cu ildə “Tərəqqi” medalı almışam. 2015-ci ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşam. Bu il isə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Əməkdar müəllim” fəxri adına layiq görüldüm.
Beynəlxalq Müəllimlər Günü neçə illərdir ki, müstəqil ölkəmizdə təntənəli şəkildə bayram edilir. Bu münasibətlə bir sıra təhsil işçiləri təhsilin cəmiyyətdəki mühüm rolunu, müəllimin şərəfli əməyini yüksək qiymətləndirən möhtərəm Prezidentimiz tərəfindən fəxri adlarla, orden və medallarla təltif olunur. Təhsilimizə, təhsil işçilərinə göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirirəm.
Məktəb mənim həyatımın bir parçasıdır. Pedaqoji fəaliyyətimin ilk vaxtlarından bir müəllim kimi həmişə şagirdləri düşünməyə, axtarışa sövq edib, onların təfəkkürünə yol açmağa çalışmışam.
Düşünürəm ki, bu fəxri ad mənim həyatımın, müəllimlik fəaliyyətimin ən yüksək zirvəsidir. Bir müəllim kimi bu zirvəyə gəlib çatdığım üçün özümü çox xöşbəxt hiss edirəm. Fəxri adı almaq xəbərini mənə illər öncə çiyin-çiyinə çalışdığım müəllim yoldaşım dedi. Həmin anda keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. İlk sevincimi məktəbimizin direktoru Sədaqət müəllim ilə bölüşdüm. Az sonra müəllim yoldaşlarımın çoxlu sayda təbrik zəngləri gəldi.
Mənim bu səviyyəyə gəlib çatmağımda məktəb rəhbərliyinin, pedaqoji kollektivin rolu danılmazdı. Məktəbimizdə sağlam pedaqoji mühit yaradılıb ki, biz müəllimlər də bu mühitdən səmərəli şəkildə istifadə edirik. Fürsətdən istifadə edib gənc müəllimlərə daim axtarışda olmağı, öz üzərlərində çox çalışmağı tövsiyə edirəm.
 


Kəmalə Əncümənnur,
Bakı şəhəri, Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin tədris işləri üzrə direktor müavini

- Bakı Dövlət Universitetini əla qiymətlərlə bitirdikdən sonra 1980-ci ildən təhsil sahəsində çalışıram. On ildən çoxdur ki, Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədris işləri üzrə direktor müavini vəzifəsində işləyirəm. Fəxarət hissi keçirirəm ki, ömrümün çoxunu təhsilə, gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinə həsr etmişəm. Bu illər ərzində pedaqoji fəaliyyətimdə qazandığım nailiyyətlərə görə müxtəlif nazirlik, idarə və təşkilatlar tərəfindən çoxlu sayda diplom və fəxri fərmanlara layiq görülmüşəm. Belə ki, 1998-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsilin humanistləşdirilməsi baxımından təlim-tərbiyə prosesinin diferensiallaşdırılması və fərdiləşdirilməsi ili” çərçivəsində keçirdiyi müsabiqədə “İlin ən yaxşı metodisti” adına layiq görülmüş və II dərəcəli diplom almışam. Moskva şəhərində keçirilən toplantıda, Vladivostokda yerləşən “Okean” Ümumittifaq Uşaq Düşərgəsində, Ukraynada “Artek” Beynəlxalq Uşaq Düşərgəsində keçirilən toplantıda Azərbaycan gəncləri adından fəal iştirak etmişəm. 2012-ci ildə Türkiyə Respublikasında keçirilən “23 Nisan” Beynəlxalq Uşaq Festivalında Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bədii kollektivi ilə birgə iştirak etmişəm. 2014-cü ildə Türkiyənin İstanbul şəhərində “Spektrum of Education III - Creativity” başlığı altında keçirilən beynəlxalq konfransda Azərbaycanı layiqincə təmsil etmişəm. Bu müsabiqə və yarışlarda çoxlu sayda mükafatlar əldə etmişəm. Mənim üçün ən böyük mükafat isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamı ilə layiq görüldüyüm “Tərəqqi” medalıdır. Doğrudur, bu mənim üçün gözlənilməz oldu. Xəbəri mərkəzimizin direktoru Lalə Qəti mənə çatdıranda sevincdən göz yaşlarımı saxlaya bilmədim. Bu sevinci mənə bəxş edən möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.
 


Dahid Cəfərov,
Bakı şəhəri 201 nömrəli tam orta məktəbin tarix müəllimi

- 1992-ci ildən müəllimlik fəaliyyətinə başlamışam. Mənim bir müəllim kimi uğurlarım və yüksəlişim təhsildə aparılan islahatlar dövrünə təsadüf edir. Nəzərə çatdırım ki, 2002 və 2004-cü illərdə “Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili” çərçivəsində keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqələrində I yeri tutdum. Yaradıcı bir müəllim kimi daim öz üzərimdə çalışaraq yeni təlim metodlarına yiyələndim.
Təhsildə göstərdiyim yüksək nailiyyətlərə görə 1 sentyabr 2010-cu ildə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olundum. 2010-2011-ci tədris ilində isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi oldum. Uğurlarımın məntiqi nəticəsi olaraq, 2016-cı ildə respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adını aldım.
Həyatda o insan xoşbəxtdir ki, qarşısına layiqli insanlar çıxmış və bir iz qoymuşdur. Mənim ilk uğurlarımdan biri, sözün əsl mənasında, gözəl insan olan layiqli müəllimlərin qarşıma çıxması olmuşdur. İstər orta məktəbdə, istərsə də ali məktəbdə oxuyarkən müəllimlərin mənə böyük köməyi olmuşdur. Hazırda işlədiyim 201 nömrəli tam orta məktəbdəki müəllim kollektivini, başda gözəl insan və ilk müəllimlərimdən biri olan direktorumuz Süsən Salmanovanı xüsusilə qeyd etmək istərdim. Bu baxımdan müəllimlərimə borcluyam. Mən hər zaman şərəfli müəllimlik sənətinin sirlərinə yiyələnməyə çalışmışam. Fürsətdən istifadə edərək 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllim adını şərəflə daşıyan hər kəsi, o cümlədən müəllimlərimi təbrik edirəm. Bayramınız mübarək, əziz müəllimlər. Bu şərəfli və məsuliyyətli peşənizdə sizə bol-bol uğurlar arzulayıram.


Qahirə Saidova,
Gəncə şəhəri 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

- 1991-ci ildə Gəncə Dövlət Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirmişəm. Həmin ildən məzunu olduğum öz doğma məktəbimdə ibtidai sinif müəllimi vəzifəsində çalışıram. İşlədiyim müddətdə bir sıra təltiflərim olub. Ötən tədris ilində təhsil nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam. Bu il isə mənim üçün daha əlamətdar oldu. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görüldüm. Bu adı təkcə mənə deyil, işlədiyim məktəbin əməyinə verilən qiymət kimi dəyərləndirirəm və ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları bu gün ölkə başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün təhsildə aparılan islahatlar, qəbul edilən qərarlar Azərbaycan milli təhsilinin strategiyasının əsasını təşkil edir. Tikilən yeni məktəb binaları, əsaslı təmir olunan təhsil ocaqları, möhkəmləndirilən maddi-texniki baza - bütün bunlar ölkə rəhbərinin diqqət və qayğısının bariz nümunəsidir. Təhsildə aparıcı sima olan müəllimlərin əməyinin qiymətləndirilməsi, stimullaşdırılması daim dövlətimizin diqqət mərkəzindədir. Hər il təhsil işçilərinin müxtəlif fəxri adlarla təltif edilməsi biz müəllimlərə verilən yüksək dəyərdir. Bu diqqət və qayğı bizim məsuliyyətimizi daha da artırır. Bu bayram günlərində yüksək mükafatdan doğan sevinc hissini digər həmkarlarıma da arzulayıram.

 

Gülnar Bayramova,
Bakı şəhəri 246 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi

- Ailədə 7 uşaq olmuşuq. İxtisasca mühasib işləyən atam müəllimlik peşəsinə həmişə çox böyük önəm verirdi. Məndən böyük bacı-qardaşlarımın müəllimlik peşəsinə yiyələnməsi məni 1974-cü ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) gətirdi. 1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirərək qısa bir zaman kəsiyində Bakıdakı 10 saylı texniki-peşə məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başladım.1983-cü ildən bu günə kimi isə Binəqədi rayonundakı 246 nömrəli məktəb-liseydə ixtisasım üzrə müəllim işləyirəm.
Xüsusilə qeyd edim ki, 246 nömrəli məktəb mənə çox doğmadır. Əvvəla, ona görə ki, mən bu məktəbin ilk məzunlarındanam, övladlarım da bu məktəbin yetirmələridir. Bir də buranı özümə ona görə doğma hesab edirəm ki, işlədiyim illər uzunu özümü həmişə mehriban bir ocaqda, ailədə sanmışam. İstər rəhbərlik, istərsə də həmkarlarım tərəfindən həmişə diqqət və qayğı görmüşəm.
Uzun illər məktəbdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri, 2003-cü ildə Binəqədi Rayon Təhsil Şöbəsində ştatdankənar metodist kimi fəaliyyət göstərmişəm. Dəfələrlə rayon və şəhər miqyasında “açıq dərs”lər keçirmiş, məktəbdə təşkil edilmiş müxtəlif konfranslarda məruzələrlə çıxış etmişəm. Məktəb və rayon miqyaslı tədbirlərin, şair və yazıçılarla görüşlərin təşkilatçısı olmuşam.
Fəaliyyətim layiqincə qiymətləndirilib. 1988-ci ildə “Baş müəllim” adına, 2009-cu ildə isə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşəm. Bu günlər isə xüsusi sevinc içərisindəyəm. Pedaqoji fəaliyyətdə əldə etdiyim uğurlara görə ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. Hesab edirəm ki, bu, təkcə mənim yox, bütün məktəb kollektivimizin əməyinə verilən layiqli qiymətdir. Bu diqqətə, bu qiymətə görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.


Sədaqət İsmayılova,
Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

- 40 ildən çoxdur ki, müəllim işləyirəm. Çoxlu uğurlarım və onlara görə aldıqlarım mükafatım olub.
Müxtəlif treninqlərdə iştirak edərək sertifikatlar almışam.
Şagirdlərim respublika fənn olimpiadasında birinci və ikinci yerləri qazanmışlar. 1998-ci il “Yapon təhsil sistemi ilə tanışlıq” proqramının iştirakçısı kimi Yaponiyanın Tokio, Kyoto, hirosima şəhərlərində orta məktəblərdə təcrübədə olmuşam.
2001-ci ildən Bakı şəhərində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Avropa dilləri kafedrasına dəvət olunmuşam və hazırda orada da baş müəllim vəzifəsində çalışıram.
2003, 2004 və 2005-ci illərdə Amerika Təhsil Şurasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə keçirdiyi “İngilis dilinin tədrisi üzrə yüksək mükafatlar” proqramının qalibiyəm. Ümumtəhsil məktəbləri üçün xarici dillər üzrə proqramın və VI sinif dərsliyinin müəllifiyəm. 2008-ci ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşam. 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişəm və s.
Bunların hər biri məni ruhlandırıb, daha yaxşı işləməyə sövq edib. Lakin möhtərəm Prezidentimizin bu günlərdə bir qrup təhsil işçisi ilə mənə də verdiyi “Əməkdar müəllim” fəxri adını indiyədək aldığım mükafatların ən üstünü hesab edirəm. Çünki mənə görə, müəllim üçün bundan yüksək ad yoxdur. Mənə verilən bu mükafatı illərlə çəkdiyim zəhmətin bəhrəsi kimi qəbul edirəm. Əməyimə verilən bu mükafata görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
İşlədiyim hər iki məktəbin kollektivi mənə doğmadır. Onlara, eləcə də Azərbaycanın bütün təhsil işçilərinə bayram təbriklərimi çatdırır, işlərində daha böyük uğurlar arzulayıram.


Mehran Əhməd qızı,
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tarix müəllimi

- Qədim yunan filosofu Aristotelin arorizmə dönmüş bir fikri var: “Başqalarına can yandıran, lakin əvəz güdməyən şəxs ideal adamdır”. Mənə elə gəlir ki, bu sözlər elə müəllim haqqında deyilib. Öyrəndiyini öyrədən, ömrünü-gününü öz tələbəsinə damla-damla keçirən zəhmətkeş müəllim haqqında.
Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə qurtardıqda təyinatım universitetin tarix fakültəsinin ümum tarix kafedrasına verilsə də, tarix fakültəsinin Elmi Şurasının qərarı ilə aspiranturaya zəmanətə layiq görülsəm də öz şəhərimizə qayıtmağı üstün tutdum və Şirvan şəhər 13 nömrəli orta məktəbində işləməyə başladım. 1992-ci ildən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə dəvət aldım. O vaxtdan bu kollecdə çalışıram. Müxtəlif tədbirlərdə fəxri fərmanlar, qiymətli hədiyyələrlə mükafatlandırılmağıma, şəhər təhsil şöbəsinin təsis etdiyi mükafata layiq görülməyimə baxmayaraq mənim bir müəllim kimi ən böyük mükafatım tələbələrimin məhəbbəti, onların sevinci və uğuru olmuşdur.
Harada olmalarından asılı olmayaraq onların hər zaman müəllimlərinə qarşı diqqətləri məni sevindirib. Azərbaycanın müxtəlif rayon və şəhərlərindən, hərbi hissələrindən, Rusiyanın müxtəlif şəhərlərindən, Türkiyədən bayram günlərində təbrik üçün mənə edilən telefon zəngləri müəllim ömrümün bəzəyidir.
Müəllimin zəhməti dövlət tərəfindən yüksək qiymətləndiriləndə bu təkrarsız, unudulmaz bir xatirətək ömrün boyu yaşayır.
Oktyabrın 4-də Şirvan şəhər Mədəniyyət Evində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə keçirilən tədbir zamanı bizə Azərbaycan Respublikası Prezidentinin müəllimləri mükafatlandırması haqqındakı sərəncamları çatdırıldı. “Əməkdar müəllim” fəxri adı alanların içərisində mənim də adım var idi. Zalda tədbirin gedişində qəflətən elan olunan bu xəbər dünyanın sevincini bəxş etdi mənə. Özümü sonsuz xoşbəxt sandım o anlarda. Mənə o gözəl anları yaşadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına sonsuz minnətdaram.
 


Şəfəq Fazilova,
Şabran şəhəri T.Abbasov adına 1 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi

- Müəllim ailəsində böyümüşəm. Valideynlərim məni həyatı başa düşdüyüm andan kitabın, elm və təhsilin aparıcı qüvvə olduğuna motivasiyalaşdırıblar. Əvvəl orta, sonra ali, daha sonra işlədiyim məktəbdə müxtəlif müvəffəqiyyətlərim olub. Zəhmətim respublika və beynəlxalq səviyyəli sertifikat, diplom və mükafatlarla dəyərləndirilib.
Bu ilin 4 oktyabr tarixində saat 19 radələrində qardaşım İspaniyadan zəng edərək dedi ki, president.az saytında yerləşdirilmiş sərəncamda Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilənlər arasında mənim də adım var... Xəbəri eşidəndə ilk olaraq ürəyimdən əməyimə yüksək qiymət verdiyinə görə ölkə başçısına minnətdarlıq hissi keçdi.
Mən müəllimliyi atamın simasında sevmişəm. Şabran şəhəri T.Abbasov adına 1 nömrəli tam orta məktəbində, həm də ADPU-nun Quba filialında işləyirəm. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda fəlsəfə doktoru proqramı üzrə “Riyaziyyat dərslərində şagirdlərin məntiqi təfəkkürünün formalaşdırılmasının psixoloji xüsusiyyətləri” adlı dissertasiya üzərində çalışıram. Elmi işimlə bağlı apardığım eksperimentlər bunu deməyə əsas verir ki, şagirdlərdə dərin, hərtərəfli biliyə, bacarığa nail olmaq istəyiriksə düşüncə modelindən düzgün istifadə etməliyik. Çünki müasir dünyamızda informasiyalı sosializasiya sürətlə inkişaf edir. Ağı qaradan, pisi yaxşıdan, yalanı doğrudan ayırmaq bəzən çətin olur. Yalnız əsl müəllim formalaşmaqda olan insana düzgün yolu onun düşüncəsini inkişaf etdirməklə göstərə bilər.
Müxtəlif illərdə şagirdlərim olimpiada və müsabiqələrdə, festival və yarışlarda iştirak etmiş, qalib, nominant olmuşlar. Artıq iki ildir ki, şagird və tələbələrim Moskva şəhərində keçirilən “Meqa talant” distant olimpiadasında iştirak edərək diplom və sertifikatlara layiq görülürlər.
Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş 3 metodik vəsaitin müəllifiyəm. Ölkəmizdə və xaricdə təhsillə bağlı 30-a yaxın yazım dərc olunub.
Düşünürəm ki, hələ az işlər görmüşəm: yenə də nə isə yaratmaq, qurmaq lazımdır ki, ölkəmizdə təhsilin səviyyəsinin yüksəlməsinə xidmət etsin.


Hazırladılar: Y.ƏLİYEV, N.RƏHİMOV,
“Azərbaycan müəllimi”



 

yuxarı ⤴