Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
ADU-da Mahatma Qandinin doğum gününə həsr olunan tədbir keçirilib
08.10.2016/№39

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Hindistan Mərkəzinin və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Hindi dili və Mahatma Qandinin doğum günü”nə həsr olunan tədbir keçirilib. Tədbirdə ADU-nun rəhbərliyi ilə yanaşı, Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, səfirliyin Dəftərxana müdiri Norbu Negi və V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş hindistanlı nümayəndələr iştirak ediblər.
Tədbirdən öncə qonaqlar universitetin foyesində Mahatma Qandinin şərəfinə açılan sərgi ilə tanış olublar. Sonra ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov hindistanlı nümayəndələrlə görüşüb. Qonaqları ADU-da görməkdən məmnunluq hissi keçirdiyini bildirən professor Dünyamin Yunusov onlara universitetin tarixi, beynəlxalq əlaqələri, fəaliyyəti haqqında ətraflı məlumat verib. Təhsil müəssisəsində tədris olunan 22 dil sırasında hindi dilinin də yer aldığını vurğulayan D.Yunusov universitetdə mövcud olan Hindistan Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək tələbələrin bu dili böyük maraqla öyrəndiklərini söyləyib.
ADU-da olmaqdan məmnunluğunu dilə gətirən Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana universitetdə Hindistan Mərkəzinin fəaliyyətinin və tələbələrin hindi dilinə maraq göstərməsinin sevindirici hal olduğunu bildirərək bu mərkəzin daha da inkişaf etməsinə maraqlı olduqlarını, eyni zamanda səfirlik tərəfindən lazım olan kitablarla təmin ediləcəyini qeyd edib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Sonra Hindistanın görkəmli siyasi xadimi Mahatma Qandinin doğum gününə həsr olunan tədbir keçirilib. Professor Dünyamin Yunusov Mahatma Qandinin insan hüquqlarının qorunması fonunda qadın azadlıqlarının təmin olunması istiqamətində misilsiz rolundan danışıb.
Çıxış edənlər M.Qandinin Hindistanın tarixində əhəmiyyətli rolundan söz açıblar, tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür ediblər.
Daha sonra M.Qandinin həyatını əks etdirən film nümayiş olunub, universitetin hindistanşünaslıq fakültəsinin tələbələrinin ifasında M.Qandinin dəyərli kəlamları səsləndirilib.

İctimaiyyətlə əlaqələr Departamenti

yuxarı ⤴