Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
Nobel mükafatçısı UNEC-də olub
08.10.2016/№39

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Nobel mükafatçısı, professor Edvard Preskott Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qonağı olub.
Nobel mükafatçısı ilə görüşdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, UNEC-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Makroiqtisadiyyatın tənzimlənməsi, iqtisadi siyasətin zaman ardıcıllığı, biznesin hərəkətverici qüvvələri və iqtisadiyyatın digər sahələrində öz töhfələrini vermiş Edvard Preskott barədə danışan UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov alimin həm də İqtisad Universitetinin fəxri doktoru olduğunu bildirib. Prorektor dünya şöhrətli iqtisadçıya UNEC haqqında məlumat verib, burada həyata keçirilən yeniliklərdən söz açıb.
Tədbirdə çıxış edən Edvard Preskott V Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, dünyanın 80-ə yaxın ölkəsindən 400-dən çox nümayəndə heyətini bir araya gətirən beynəlxalq tədbirə Bakının ev sahibliyi etməsi çox əhəmiyyətlidir. İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanın digər ölkələr üçün yaxşı tərəfdaş olduğunu və forumun bu tərəfdaşlığın inkişafında mühüm töhfə verəcəyini xüsusi qeyd edib.
Sonra Edvard Preskott ümummilli gəlirin formalaşdırılması mexanizmi, inflyasiya ilə işsizlik arasında qarşılıqlı əlaqə, dünya iqtisadiyyatında baş verən proseslər, investisiya mühiti, sosial məsuliyyət, bərpa olunan enerji mənbələrindən istifadə, ümummilli məhsulun formalaşdırılması mexanizmi, iqtisadiyyatda təhsilin rolu və digər mövzular barədə UNEC-in professor-müəllim heyətinin və tələbələrin suallarını cavablandırıb.
Sonda Nobel mükafatçısı İqtisad Universitetində olmağından məmnun qaldığını, UNEC əməkdaşları, xüsusən tələbələrin intellektual səviyyəsinin yüksək olduğunu, bütün bunların ölkədəki təhsilin səviyyəsindən xəbər verdiyini bildirib.

İctimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴