Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
Şagirdlər geni dəyişdirilmiş məhsullara “yox” dedilər
08.10.2016/№39

 

 


Son illər qazandıqları nailiyyətləri ilə Azərbaycan təhsilinə öz töhfələrini verən Bakıdakı Texniki-Humanitar Liseyi bir-birindən maraqlı tədbirlərin, ölkəmizdə həyata keçiriən layihələrin uğurlu iştirakçısı olmaqla öncüllər sırasındadır. Lisey verdiyi təhsilin səviyyəsinə, təlim-tərbiyə işlərinin keyfiyyətli təşkilinə, şagird və məzunlarının yüksək hazırlığına görə də ictimaiyyət arasında böyük nüfuz və rəğbət qazanmış təhsil ocaqlarından biridir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin iki dəfə qalibi olan lisey təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi sahəsində qazandığı nailiyyətlərə, o cümlədən məzunlarının ali məktəblərə qəbulunda ardıcıl olaraq göstərdiyi yüksək nəticələrə görə Nəsimi rayonunda hər il I yeri tutur. Təhsil müəssisəsində şagirdlərin yüksək bilik alması ilə yanaşı, onların hərtərəfli dünyagörüşünə malik gənclər kimi formalaşmasına xidmət edən tədbirlər də diqqətdə saxlanılan məsələlərdəndir.
Elə oktyabrın 5-də Texniki-Humanitar Liseydə “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Genetik modifikasiya olunmuş məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili” layihəsi çərçivəsində keçirilən “GMO-ya yox deyək” adlı tədbir də təhsil müəssisəsinin növbəti belə uğurlu işlərindən biri idi.
Tədbirdə liseyin şagird və müəllim kollektivləri ilə yanaşı, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Afət Süleymanova, “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov, “Sağlam təhsil - sağlam millət” layihəsinin işçi qrupunun üzvləri, KİV nümayəndələri və b. iştirak edirdilər.
Liseyin direktoru Səidə Zeynalova tədbiri açaraq qonaqları rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnunluq duyduğunu bildirdi. Pedaqoji kollektiv, aparılan təlim-tədris prosesi, şagirdlərin qazandıqları uğurlar haqqında iştirakçılara ətraflı məlumat verən direktor bu il təhsil müəssisəsini bitirən 112 məzunun respublikanın nüfuzlu ali məktblərinə qəbul olunduğunu, onlardan 27-nin 500-dən, 11-nin isə 650-dən yuxarı bal topladığını, bir məzunun - Valeh Rəcəbovun Prezident təqaüdünə layiq görüldüyünü diqqətə çatdırdı. Keçirilən bugünkü tədbirin əlamətdar bir günə- Beynəlxalq Müəllimlər Gününə təsadüf etdiyini söyləyən S.Zeynalova bu münasibətlə bütün təhsil işçilərini təbrik etdi, onlara işlərində uğurlar arzuladı.
Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən, Prezident İlham Əliyevin təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açan Səidə Zeynalova direktoru olduğu Texniki-Humanitar Liseyin ötən il ölkə başçısının sərəncamı ilə əsaslı təmir olunmasının və bu münasibətlə dövlət başçısının liseyə gəlişinin müəllim və şagird kollektivləri üçün xoş bir hadisəyə çevrildiyini dedi.
Təhsil müəssisəsində təşkil olunan “GMO-ya yox deyək” adlı tədbirin əhəmiyyətinə toxunan direktor müxtəlif mövzularda belə maarifləndirici aksiyaların təşkilinin böyüməkdə olan gənc nəslin hərtərəfli dünyagörüşünün formalaşmasında, düzgün şəkildə məlumatlandırılmasında əvəzsiz rol oynadığını bildirdi.
Çıxış üçün söz alan “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü rəhbərlik etdiyi təşkilatın gördüyü işlərdən, reallaşdırdığı layihələrdən bəhs etdi. Genetik modifikasiya olunmuş məhsullarla (GMO) bağlı əhalinin daha çox maarifləndirilməsinin vacibliyinə diqqət çəkən sədr bu məsələ ilə bağlı ölkə başçısı İlham Əliyev tərəfindən müvafiq sərəncamın imzalandığını dedi, belə məhsulların ölkəmizə gətirilməsinin qarşısının alınmasının zəruriliyindən, dünya ölkələrində də adıçəkilən məsələ ilə əlaqədar bir sıra tədbirlərin həyata keçirilməsindən danışdı.
ATU-nun dosenti Rəşid Mahmudov genetik modifikasiya olunmuş məhsulların insan orqanizmində törətdiyi fəsadlardan söz açdı, bununla bağlı maraqlı faktları iştirakçıların nəzərinə çatdırdı. Alim GMO məhsullarının insan sağlamlığı üçün ciddi təhlükə olduğunu deyərək bu barədə fikir və mülahizələrini tədbir iştirakçıları ilə bölüşdü. Çıxışının sonunda müqəddəs peşə sahibləri olan müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik etdi.
Çıxış edənlərdən Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Afət Süleymanova son illər ölkəmizdə həyata keçirilən “Sağlam təhsil - sağlam millət” layihəsindən, layihənin gigiyena üzrə ekspertlər qrupunun rəhbəri, ATU-nun uşaq və yeniyetmələr gigiyenası kafedrasının dosenti Şəhla Balayeva uşaqların düzgün qidalanmasının vacibliyindən, layihənin koordinatoru Nigar Şahhüseynbəyova və başqaları belə bir mövzuda keçirilən tədbirin əhəmiyyətindən söz açdılar.
Tədbirdə həmçinin Səhiyyə Nazirliyinin həkim məsləhətçisi Şəfa Həsənlinin və gənc araşdırmaçı Nuran Gündüzoğlunun genetik modifikasiya olunmuş məhsulların ziyanı, 3 D printeri ilə istehsal olunan qidaların yarada biləcəyi problemlər haqqında təqdimatları, şagirdlərin mövzu ilə bağlı hazırladıqları “GMO-ya yox deyək” fikri əks olunan səhnəciklər maraqla qarşılandı.
Sonda liseyin şagirdlərinin Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş musiqili-ədəbi kompozisiyası isə təhsil müəssisəsinin müəllimlərinə əsl bayram sevinci yaşatdı.

Samirə KƏRİMOVA,
Fotolar Rəşad ZİYADOVUNDUR
“Azərbaycan müəllimi”

 

yuxarı ⤴