Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
Milli azlıqların təhsilində dövlət dilinin tətbiqi məsələləri
08.10.2016/№39

 

 


Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli 506 nömrəli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli 552 nömrəli fərmanları, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu, dil siyasəti sahəsində normativ-hüquqi aktlar, həmçinin bu istiqamətdə görülən digər tədbirlər Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir. Azərbaycan dilinin azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı, gənc nəslin dövlət dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanması dövrün tələbi olaraq qalır.
Yeniləşən təhsilimizin mövqeyinin saxlanması və inkişafı bu yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, geniş dünyagörüşünə malik olan müasir təfəkkürlü, rəqabət qabiliyyətli və ən başlıcası, dövlət dilini mükəmməl bilən pedaqoji kadrların olmasından asılıdır.
Dilin tədrisi prosesində ən aparıcı vasitə dili təlim etməkdir-düzgün, normalara uyğun şəkildə... Dil dərsləri şagirdi bütövlükdə düzgün düşünməyə və düşündüklərini aydın ifadə etməyə təhrik edir. Milli azlıqların yaşadığı bölgələrdə dilin təlimi prosesində özünü göstərən bəzi çətinliklər vardır ki, tədrisdə bu məqamlar mütləq nəzərə alınmalıdır. Öz ana dillərində (məsələn, ləzgi dilində) düşünən şagirdlərin Azərbaycan dilində fikirlərini ifadə etmək imkanlarının zəif olduğu nəzərə alınaraq bu prosesə yanaşma bir az fərqli olmalıdır. Əvvəla, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan dili müəllimlərinin dərs prosesində danışığı, bütün izahları birmənalı şəkildə dövlət dilində aparılmalıdır. Bəzən səriştəsiz pedaqoji kadrların olması bu vacib məsələni çox ciddi zərbə altında qoyur. Azərbaycan dilinin fonetik-qrammatik normativinin mənimsənilməsi təmin olunmur, düzgün yazı və nitq vərdişləri formalaşmır və nəticədə şagird Azərbaycan dilində öz fikrini aydın və sərbəst şəkildə ifadə etməkdə çətinlik çəkir.
Milli azlıqların yaşadığı bölgələrdə tədris proqramında Azərbaycan dilinə ayrılan dərs saatlarının miqdarı barədə düşünmək lazımdır. Tədris planında nəzərdə tutulan dərs saatlarının Azərbaycan dilindən alınıb müvafiq milli azlığın dilinə verilməsi yolverilməzdir. Bu saatlar mütləq kompensasiya olunmalıdır, ya da Azərbaycan dilinin hesabına olmamalıdır. Çünki tədris proqramında nəzərdə tutulan saatların miqdarı dövlət dilinin tam mənimsənilməsini təmin etmir və hesab edirik ki, əlavə saatların verilməsi vacibdir. Seçmə saatlar ləğv edildiyindən Azərbaycan dili seçmə fənn kimi də artıq tədris olunmur. Dərnəklər hesabına isə bu məsələni həll etmək olmaz, çünki bu, şagirdləri kütləvi şəkildə əhatə etmir, həm də bəzən formal xarakter daşıyır.
Milli azlıqların yaşadığı bölgələrdə, o cümlədən şimal bölgəsində Azərbaycan dilinin tədrisində özünü göstərən çətinlik səslərdən, hərflərdən başlayır. Azərbaycan və ləzgi dillərinin ayrı-ayrı dil qruplarına aid olması, fərqli dil tipologiyası, ləzgi dilinə xas spesifik səslərin olması bu çətinliyin əsasını təşkil edir. Dilin təliminə tədrisin ibtidai pilləsindən düzgün yanaşılmasa, sonrakı mərhələdə problemlər daha da dərinləşərək bütövlükdə dilin mənimsənilməsində ciddi çətinliklərə gətirib çıxara bilər.
Səslərin düzgün tələffüzü çox ciddi məqamdır və onların düzgün öyrədilməsi savad təlimi ilə bağlı məsələdir. Bu məsələdə özünü göstərən çətinliklər üzərində konkret nümunələrlə dayanmaq istərdim. Bunu unutmaq olmaz ki, əlifbanı şagirdlərə tələsik öyrətmək olmaz və hər səs, hərf şagirdlərin ana dilindəki səs, hərf qarşılığı ilə müqayisəli şəkildə-müqayisəli nümunələrlə öyrədilməlidir. Belə olarsa təlimin sonrakı mərhələsinə təkan vermiş olarıq. Təbii ki, şagirdlərin ana dilinin səs-hərf sistemində Azərbaycan dilinə müvafiq gələn ümumi məqamlar çoxdur. Bu məqamları şagirdlər asanlıqla dərk edib mənimsəyirlər. Lakin a, ə, e, o, u, ö, ü səslərinin tələffüzündə özünü göstərən səhvlər yazıya da sirayət edir. Belə ki, şagird sözü tələffüz etdiyi şəkildə də yazır. Məsələn, gəlir yox, gelir deyir, elə də yazır. Yaxud Udun (Odun), Ürdək (Ördək) və s. Bu səhvlərin qarşısını almaqda fonetik təhlildən davamlı istifadə də səmərəli nəticə verər. Spesifik səslər üzrə iş çox peşəkar səviyyədə aparılmalıdır-konkret sözlərin tələffüzündə, hətta danışıq üzvlərinin aldığı vəziyyəti də şagirdlərə başa salmaq lazımdır. Məsələn, müəyyən sözlərdə ə səsinin ağızın yarımaçıq vəziyyətində incələşmiş a kimi (Əli, səs, şüşə, ürək), ö səsinin incələşmiş o səsi kimi (Ördək, döşək, döşəmə, söz) tələffüz edildiyi şagirdlərə izah edilməlidir. Əslində bu səslər ləzgi dilində də mövcuddur. Lakin şagirdlər Azərbaycan dilindəki sözlərdə lazımi məqamda bu səsləri ifadə etməkdə çətinlik çəkirlər.
Samitlərin tələffüzündə isə ən böyük çətinlik [K]   və [G]   səsləri ilə bağlıdır. [K] səsi ilə tələffüz məqamında sözlər [Kı] səsi ilə tələffüz edilir. Məsələn; [kı]itab, Ba[kı]I, [Kı] amil, [kı]al, [kı]ağız və s.
Bu səslərin ( [K] və [G] ) dil ortasında tələffüz edildiyi və digər fizioloji məqamlar da şagirdə izah edilməli və nümunələrlə ədəbi yazı və tələffüz normativi möhkəmləndirilməlidir. Əks halda, biz şagirdlərdə savadlı yazı və nitq vərdişlərini formalaşdıra və inkişaf etdirə bilmərik. Ümumiyyətlə, çətinlik yaradan konkret səslərin öyrədilməsində bu parametrləri diqqət mərkəzində saxlamaq lazımdır:
- hər bir səsin tələffüzü və yazılışı müqayisəli şəkildə izah edilməlidir (hər iki dil əsasında);
- həmin səslər, hərflər müxtəlif sözlər tərkibində bol-bol işlədilməli, əyani şəkildə nümayiş etdirilməlidir;
- mətnlər üzərində mütəmadi iş aparılmalıdır (səslərə, hərflərə aid sözlər seçilməli, izah edilməli, ən əsası isə oxunmalı, səsləndirilməlidir).
Bu işdə dərsliklə kifayətlənmək olmaz. Mütləq əlavə oxu materiallarına müraciət olunmalı və mətnlər seçilərkən milli-mənəvi dəyərlərimizin, azərbaycançılıq ideyalarının təbliğ olunması diqqətdə saxlanılsa, Azərbaycan dilinin səmərəli təliminə nail olmuş olarıq. Hətta təklif edərdik ki, milli azlıqların yaşadığı bölgələrdə Azərbaycan dilinin tədrisinə daha fərqli və diqqətli yanaşılsın, xüsusi dərsliklər və dilin düzgün işlənilməsində çevikliyin təmin olunması üçün müvafiq internet resursları yaradılsın. Bu resurslar milli azlıqların təhsil aldıqları məktəblərdə Azərbaycan dilinin tədrisi prosesində geniş şəkildə tətbiq olunsun.
Şəxsi təcrübəmdən çıxış edərək deyərdim ki, müxtəlif sənət adamlarının, şairlərin, natiqlərin, qiraətçilərin ifasında səslənən nümunəvi nitqlər, şeirlər həm şagirdlərin bədii zövqünün formalaşmasına, həm də onların düzgün danışmasına, dil və nitq mədəniyyətinin yüksəldilməsinə və inkişaf etdirilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Həmçinin, vaxtaşırı şair və yazıçıların yaradıcılıq gecələrinin, Azərbaycan dili, Azərbaycan əlifbası günlərinin keçirilməsi dilin tədrisi və təbliği istiqamətində effektli vasitələrdən biridir.
Hərtərəfli vətəndaş hazırlığının əsasını həm də dövlət dilini mükəmməl bilən, dövlət dəyərlərini qiymətləndirməyi bacaran bir nəsil yetişdirmək təşkil edir.

Ülviyyə MUSTAFAYEVA,
Qusar şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi


 

yuxarı ⤴