Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
“700 bal toplayacağımı gözləyirdim...”
08.10.2016/№39

 

 


Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Şahbaba Məmmədovla söhbət

Şahbaba Məmmədov 1998-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. 2007-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb və paytaxtdakı İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinə qəbul olub. Bu il ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi adını qazanıb. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alır. Onunla da söhbətə ənənəvi sualla başladım.

- Qəbul imtahanlarında ən yüksək nəticə göstərmək üçün nə etmək lazımdır?
- Özünə əziyyət vermək, oxumaq lazımdır, mən orta məktəbdə oxuduğum müddətdə dərslərimə həmişə yaxşı hazırlaşmışam. I sinifdən XI sinfə qədər əlaçı olmuşam. Bir də insan gərək prinsipial ola, qarşısına qoyduğu məqsədə çatmaq üçün əziyyətə qatlaşa. Mən bu prinsipə yeniyetməlik dövründən yiyələnmişəm. IX sinifdə oxuyarkən 400, 500 bal, X, XI siniflərdə isə 600-dən artıq bal toplayırdım. Demək olar ki, vaxtımın çoxunu, bəlkə də hamısını dərslərimi hazırlamağa sərf edirdim.
- Kurslarda iştirak etmisənmi?
- Repetitor yanına getməmişəm. Amma üç il “Hədəf” kurslarında məşğul olmuşam. Orada yaxşı nəticələr göstərdiyimə görə ödənişsiz əsaslarla təhsil almışam. İlk növbədə, hədəfi düzgün müəyyənləşdirməlisən və öz üzərində ciddi çalışmalısan. Gündəlik dərslərə mütəmadi olaraq hazırlaşmaq, müəllimləri diqqətlə dinləyib verilən tapşırıqları vaxtında yerinə yetirmək lazımdır. Abituriyentlərə də məsləhətim budur ki, imtahanlara hazırlaşmağı sonuncu ilə saxlamasınlar, mütəmadi olaraq dərsləri ilə məşğul olsunlar.
- Ümumiyyətlə, qəbul imtahanında 700 bal toplayacağını gözləyirdinmi?
- Bəli. Çünki sınaq imtahanlarında da 700 bal toplamışdım. Ona görə böyük ümidlə 700 balı gözləyirdim. İmtahan keçirilən gün qətiyyən həyəcanlı deyildim, özümə çox güvənirdim.
- Necə oldu ki, UNEC-i seçdin?
- Saytlardan universitetlər haqqında xəbərləri izləyirdim. UNEC-də yaradılan yeniliklər diqqətimi çox çəkirdi və mütəmadi olaraq tanış olurdum. Universitetin beynəlxalq əlaqələri, təqaüd proqramları, imtahanların şəffaf təşkili və digər yenilikləri barədə məlumatım çox idi. Bütün bunlar seçim ərəfəsində mənə yardımçı oldu.
- Çox gözəl, bu gün artıq sevdiyin, seçdiyin Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsisən. Bundan qürur hissi duyursanmı?
- Əlbəttə, birincisi, UNEC regionun ən böyük iqtisadyönümlü universitetidir. Universitet QS, Webometrics kimi beynəlxalq reytinqlərdə yer alıb. Bu, o deməkdir ki, UNEC dünya universitetləri ilə rəqabət apara bilən ali təhsil müəssisəsidir. Deməli, biz də gələcəkdə dünya bazarında tələb olunan kadrlar kimi formalaşacağıq. Bu universitetdə təhsil 4 il olub. Mən burada ingilis dilində təhsil alıram. Dərslərin ingilis dilində aparılması da bizə çox böyük üstünlüklər qazandırır. Burada UNEC-in diplomu ilə bərabər, Avropanın nüfuzlu universitetlərinin diplomunu qazanmaqla iki ixtisasa paralel olaraq yiyələnmək olar ki, bu da gələcəkdə özümüzə asanlıqla iş tapmağa kömək edər. Universitetimizdə yeniliklər çoxdur. Hazırda 3 layihəyə də start verilib. “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsi fikrimcə, çox maraqlı olacaq, çünki bu layihədə birbaşa tələbələrin fikirlərinə üstünlük veriləcək. Digər layihəyə görə isə artıq valideynlər də dərs prosesində iştirak edə biləcəklər. Bu, həm bizim məsuliyyətimizi birə-beş artıracaq, həm də şəffaflıq nümunəsidir.
Bundan başqa tələbələrin universitetlə bağlı hər hansı bir problemi olarsa, öz facebook səhifəsi vasitəsilə ilk olaraq bunu rektor biləcək və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verəcək. Bütün bunlar UNEC-in özəllikləridir. Bu günlərdə rektorumuz Ədalət Muradov məni qəbul etdi. Bu görüş məndə çox müsbət təəssüratlar yaratdı. Düşündüm ki, UNEC-ə gəlməklə düzgün seçim etmişəm. Rektor mənə öz tövsiyələrini verdi, universitetin ictimai-sosial həyatında aktiv olmağı məsləhət gördü.
- Niyə görə məhz iqtisadçı olmağı arzulayırsan?
- İqtisadiyyat hər zaman inkişaf edən bir sahədir. Nə qədər ki, cəmiyyət var, iqtisadiyyat da olacaq. Mən də həmişə ehtiyac duyulacaq bir kadr olmağı qarşıma məqsəd qoymuşam.
- Söylədin ki, dərslər ingilis dilində aparılır. Çətin deyil ki?
- Təbii ki, çətinliklər var. Amma ikiqat çalışıram ki, dərslərin öhdəsindən gəlim. Söyləməliyəm ki, tədrisin ingilis dilində olmasının üstünlükləri də az deyil. Bu, dünya qapılarının üzümüzə açılması deməkdir.
- Asudə vaxtlarını necə keçirirsən? Dostlarınla görüşürsənmi?
- Boş vaxtlarımda futbolu izləməyi xoşlayıram. Şahmatla da məşğul oluram, orta məktəbdə oxuduğum illərdə şahmat yarışlarında iştirak etmişəm. İki dəfə müxtəlif yarışların qalibi olmuşam. Bir də vaxtım olmayıb ki, dostlarımla görüşüm...
- Gələcək planlarını indidən müəyyənləşdirə bilirsənmi?
- İlk növbədə çalışacağam universiteti əla qiymətlərlə bitirim. Magistraturaya qəbul olmaq hədəfimdir.

Müsahibəni apardı:
Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”

yuxarı ⤴