Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
İstedadlarla iş diqqətimizdədir
08.10.2016/№39

“İstedadlar nadirdir, onları qorumaq və hifz etmək lazımdır. Millətin əsl həyatı-yaşama gücü məhz onlardadır”. Görkəmli alim V.İ.Vernadskiyə məxsus bu sözlər deyildiyi dövrdən daha çox indi aktuallıq kəsb etməkdədir.
Müasir dövrdə istedadlı uşaqlara xüsusi diqqət yetirilməsi elmi-texniki tərəqqinin vüsəti, həm də bir sıra mühüm sosial-siyasi və hətta strateji amillərlə bağlıdır. Dünyada gedən qloballaşma faktoru bu amillər sırasında heç də sonuncu yerdə deyildir. Lakin bu diqqət, hər şeydən əvvəl, nadir istedadların yaradıcılıq potensialının vaxtında aşkar edilməsi və xalqımızın tərəqqisi naminə ondan düzgün istifadə edilməsi zərurətindən irəli gəlir. Təqdirəlayiq haldır ki, ölkəmizdə istedadlı uşaqların aşkara çıxarılması və inkişaf etdirilməsinə dövlətimiz xüsusi diqqət və qayğı göstərir. Bununla bağlı Dövlət Proqramı qəbul edilərək həyata keçirilmişdir.
İstedadlıların müəyyənləşdirilməsi, dəstəklənməsi və inkişaf etdirilməsi ciddi elmi problemdir. Nəzərə almaq lazımdır ki, istedad təbii imkanlarla şərtlənir və onun əlamətləri məhz kiçik yaşlardan özünü büruzə verir. İstedad vaxtında aşkarlanıb dəstəklənmədikdə, o, asanlıqla sönüb gedə bilər. Bu işdə valideyn, məktəb istedadlıları müəyyənləşdirməli və dəstəkləməlidir. Onların inkişaf etdirilməsinə ciddi yanaşmalıdır. Bu baxımdan bizim məktəbimizdə də istedadlı şagirdlərlə işə xüsusi diqqət yetirilir. Şagirdlərin fəallığını artırmaq məqsədilə müntəzəm məşqlər, valideynlərlə söhbətlər aparmaq, yaradıcılıq mərkəzləri ilə birgə fəaliyyət göstərmək işin xeyrinə olur.
Məktəbimizdə istedadların müəyyənləşdirilməsi və inkişaf etdirilməsi üçün sistemli iş aparılır. “İstedad bankı” yaratmışıq. O yeni-yeni istedadlar hesabına hər il yeniləşdirilir, zənginləşdirilir.
Məktəbimizdə keçirilən tarixi günlər, vətənpərvərlik mövzusunda qeyd olunan görüşlər, bayram günləri ilə bağlı tədbirlər istedadlı şagirdlərin nəinki üzə çıxmasına zəmin yaradır, həm də onların yaradıcılıq mərkəzlərinə istiqamətlənmələrinə, asudə vaxtlarının düzgün təşkilinə səbəb olur. Bu işdə var qüvvəmlə onlara kömək oluram. Bu günün istedadlı balaları sabah çiçəklənən doğma Azərbaycanımızın istedadlı gəncləridir. Bu işdə məktəbimizin uşaq birliyinin rəhbəri Aynurə Qurbanovanın köməyi ilə valideynlərlə sıx əlaqə yaradıb övladlarının istedadları üzrə istiqamətləmələrinə dair tövsiyələrimi verirəm. Sevinirəm ki, məktəbimizin bir çox tanınmış və istedadlı gəncləri ilk yaradıcılıq addımlarını mənim dəstəyimlə atmışdır.

Mətanət CƏFƏROVA,
Bakı şəhəri, Milli Qəhrəman M.İbrahimov adına 153 nömrəli tam orta məktəbin direktor müavini

yuxarı ⤴