Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
Elm xəbərləri
08.10.2016/№39

Süni intellekt musiqi kompozisiyaları təşkil edəcək

“Sony” şirkətinin “CSL Research Laboratory” laboratoriyasının tədqiqatçıları 2017-ci ilədək süni intellekt sistemi tərəfindən təşkil edilmiş kompozisiyalardan ibarət albom hazırlamağı planlaşdırırlar. www.dailytechinfo.org  saytının məlumatına görə, bu yaxınlarda dünya ictimaiyyəti 2 belə kompozisiya - məşhur “The Beatles” musiqi qrupunun stilinə uyğun olan “Daddy's Car” və “Mister Shadow” ilə tanış olmaq imkanına malik olmuşdular.
FlowMachines adlı sistem mahnı və musiqi kompozisiyalarının ümumi bazasında təlim prosesi keçərək müxtəlif musiqi stillərinin əsas xüsusiyyətlərini öyrənib. Stillərin unikal kombinasiyalarını təşkil edən sistem ifaçıların qarşılıqlı təsir və mürəkkəb optimallaşdırma metodlarını tətbiq edərək unikal stillərə malik hər hansı bir ifaçının stilinə uyğun şəxsi kompozisiyalarını təşkil edə bilir.
 
Wi-Fi router-in köməyi ilə emosiyaları “tanımaq” mümkün olacaq

Massaçusets Texnologiya İnstitutunun İnformasiya texnologiyaları və süni intellekt laboratoriyasının tədqiqatçılar qrupu radio dalğalarının köməyi ilə insanın emosional vəziyyətini yüksək dəqiqliklə müəyyən etməyə imkan verən qurğu hazırlayıblar. www.hitech.newsru.com  saytının məlumatına görə, “EQ-Radio” adlı sistem ürək döyüntüsü və insanın nəbzi haqqında məlumatlar əsasında emosiyaları tanıyır. Gələcəkdə belə texnologiyanın tətbiqi adi Wi-Fi router-in köməyi ilə emosiyaları müəyyən etməyə imkan verəcək. Hələ ki, bunun üçün tədqiqatçılar tərəfindən hazırlanmış radardan istifadə olunur.
Sınaqların nəticələrinə əsasən alqoritm radio dalğalarının köməyi ilə dörd emosiyanı tanımağı öyrənib: sevinc, həzz, qəm və qəzəb. Proqram sınaqda iştirak edənlərin emosiyalarını 87 faiz, kənar insanların emosiyalarını isə 72.3 faiz dəqiqliklə müəyyən edib.
İstehsalçıların bildirdiyinə görə, “EQ-Radio” sistemi “ağıllı” evin qurğuları ilə inteqrasiya oluna bilər.

Jest dilini mətnə çevirən elektron qolbaq hazırlanıb

Rusiyada jest dilini smartfonda əks olunan mətnə çevirən elektron qolbaq hazırlanıb. Layihə 2016-cı ilin aprelində Moskvada təşkil edilmiş “Bərabər imkanlar texnologiyaları” II hakatonunda qalib gəlib.
www.hitech.newsru.com  saytının məlumatına görə, eşitmə və görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulan “uSEEband” adlı qolbaq jest dilini bilməyən insanlarla sərbəst ünsiyyət saxlamaq imkanı verir. Qurğu daktil əlifbanın jestlər sistemini mətnə çevirir və onu real vaxt rejimində smartfon və ya planşetdə əks etdirir.
Ovucun içəri hissəsinə bərkidilən “uSEEband” inteqrasiya edilmiş sensorların köməyilə jestləri - daktil əlifbanın 32 hərfini tanıyır. Əldə edilmiş məlumatlar proqram neyroşəbəkəsi ilə emal edilərək sözlər və cümlələr şəklində smartfona ötürülür. O, “Android” əsasında işləyən proqramla əlaqə üçün “Bluetooth” moduluna malikdir və enerji yükləmədən 12 saata qədər işləyə bilir.
“Elektron qolbaq əvvəlcə yalnız eşitmə və görmə qabiliyyəti məhdud insanlar üçün assistiv qurğu kimi nəzərdə tutulsa da, sonra komanda layihənin böyük potensiala malik olduğunu aşkar etdi. Bəzən ətrafdakı insanlarla qarşılıqlı təsir zamanı yaranan çətinliklər insanın fiziologiyası ilə deyil, süni həyat vəziyyəti ilə bağlı olur. Bu səbəbdən layihəmizin missiyası hər hansı məhdudiyyət olduqda insanın kommunikasiya imkanlarının genişləndirilməsidir”, - deyə ideyanın müəllifi və layihənin rəhbəri İvan Borodin bildirib.

www.ikt.az  saytının materialları əsasında hazırladı:
Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”
yuxarı ⤴