Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
2016-cı ilin Nobel mükafatı laureatlarının adları açıqlandı
08.10.2016/№39

 

 


Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi ənənəyə uyğun olaraq Nobel həftəliyi (3-10 oktyabr) çərçivəsində ayrı-ayrı elm sahələrində 2016-cı ilin Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Oktyabrın 3-də İsveçin Karolinsk İnstitutu ilk olaraq fiziologiya və tibb üzrə Nobel mükafatı laureatının adını açıqlayıb. www.nobelprize.org saytının məlumatına əsasən, 2016-cı il fiziologiya və tibb üzrə Nobel mükafatına canlı hüceyrələrdə autofagiya mexanizmlərini kəşf etdiyinə görə yapon alimi Yoşinori Ohsumi layiq görülüb. Autofagiya - hüceyrədaxili tullantıların lizosomlar (turş mühitli hüceyrə komponentləri) vasitəsilə məhvi prosesidir. Y.Ohsumi ötən əsrin 90-cı illərinin əvvəllərindən çox vaxt insan hüceyrələri üçün model rolunu oynayan maya göbələklərini tədqiq etməyə başlayıb. Tədqiqatlar gedişində maya hüceyrələrində autofagiyanın mövcud olduğunu müəyyən edən alim, eyni zamanda bu proseslərə cavabdeh olan 15 geni kəşf edib. Tezliklə məlum olub ki, bu mexanizmlər eynilə insan hüceyrələrində də fəaliyyət göstərir. Y.Ohsuminin tədqiqatları elm aləmində autofagiya proseslərinə dərin maraq yaradıb. Biotibbi tədqiqatlarda bu sahə hazırda ən çox öyrənilən istiqamət hesab olunur. Hazırda müxtəlif xəstəliklər zamanı autofagiya əleyhinə dərmanların yaradılması istiqamətində də fəal tədqiqatlar aparılır. Karolinsk İnstitutunun bəyanatında qeyd olunur ki, Y.Ohsuminin tədqiqatları hüceyrənin öz komponentlərini hansı formada emal etməsinə dair “yeni paradiqma”nın əsasını qoyur. Nobel Mükafatları Komitəsi orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olan autofagiya mexanizmini kəşf edən yapon aliminin tədqiqatlarını çox yüksək qiymətləndirib. Bildirilir ki, alimin parlaq tədqiqatları insan orqanizmində gedən bir çox prosesləri, məsələn, Parkinson, diabet, xərçəng və digər xəstəliklərə yol açan hüceyrə mutasiyası və infeksiyaları öyrənməyə imkan verir. “Onun tədqiqatları infeksiyalara cavab və ya aclığa adaptasiya kimi müxtəlif fizioloji proseslərdə autofagiyanın fundamental əhəmiyyətini başa düşməyə yol açır. Autofagiya genlərində mutasiya xərçəng və əsəb xəstəliklərinə yol aça bilər. Y.Ohsumi öz tədqiqatlarına 90-cı illərdən başlayıb, autofagiya konsepsiyası onun işlərinə qədər elmə məlum olsa da, məhz yapon alimi bu prosesin bütün əhəmiyyətini göstərə bilib”, - deyə İsveç Karolinsk İnstitutunun açıqlamasında bildirilir. Qeyd edək ki, Y.Ohsumi fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülmüş sayca 23-cü yapon alimidir.
Alim Nobel komitəsinin saytına verdiyi eksklüziv müsahibəsində yüksək elmi ada layiq görülməsi xəbərini şok və təəccüb içində qarşıladığını bildirib.


***


Oktyabrın 4-də Stokholmda İsveç Kral Elmlər Akademiyası tərəfindən fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. Nobel Mükafatları Komitəsinin qərarı ilə bu il yüksək elmi mükafata əslən Böyük Britaniyadan olan amerikalı alimlər Devid Tauless (David J. Tauless), F.Dunkan Xaldeyn (F. Duncan M. Haldane) və C. Maykl Kosterlits (J. Michael Kosterlitz) “Materiyanın topoloji fazaları və topoloji faza keçidlərinin nəzəri kəşfinə” görə layiq görülüblər. Devid Tauless və Maykl Kosterlits maddənin kondensasiya halı, birölçülü və ikiölçülü materiya sahəsində tədqiqatlarla məşğuldurlar. D.Xaldeyn isə birölçülü materialları tədqiq edib. Komitə üzvləri qeyd ediblər ki, alimlər topoloji faza keçidləri haqqında elmin inkişafına və qeyri-adi materiyalar sahəsində tədqiqatlara böyük töhfələr veriblər. Komitənin bəyanatında qeyd olunur ki, builki laureatlar öz tədqiqatları ilə naməlum aləmin qapısını açıblar. Bu sirli dünyada materiya qəribə formalarda mövcud ola bilər. Fiziklərin kəşfi alimlərə yeni materiallar yaratmağa kömək edib. Hər üç alim riyazi düsturların köməyi ilə materiyanın nadir vəziyyətlərində və nazik maqnit lentlərində baş verən yüksəkkeçiricilik, yüksəkaxıcılıq kimi qeyri-adi fiziki effektləri təsvir ediblər. M.Kosterlits və D.Tauless materiyanın hamar formalarında, nazik təbəqələrin (o qədər nazik ki, onları ikiölçülü hesab etmək olar) səthində və ya daxili qatlarında üzə çıxan fenomenlər üzərində diqqət cəmləşdiriblər. Bu isə onları bizim üçün adi olan üçölçülü məkandan (uzunluq, en, hündürlük) fərqləndirir, necə ki, biz bu çərçivədə onları reallıq kimi qavrayırıq. İsveç Kral Elmlər Akademiyasının baş katibi Qoran Xansson əmin olduğunu bildirib ki, alimlərin nəzəri tədqiqatları kvant kompüterləri və gələcəyin digər texnologiyalarına yol açır.
Alimlərin araşdırması bərk maddələrin davranışına tam gözlənilməz yeni anlayış gətirib. Nobel Mükafatları Komitəsinin fizika üzrə bölməsinin müvəqqəti sədri professor Nils Martensson alimlərin həyata keçirdiyi araşdırmanın vacibliyindən danışıb: “Bu ilin Nobel laureatları öz nəzəri işlərində topologiya adlanan riyazi konsepsiya yaradaraq maddələrin davranışında gözlənilməz qanunauyğunluqlar aşkar ediblər”. N.Martensson deyib ki, alimlər həmçinin yeni davranışı izah etmək üçün riyazi formullar yaradıblar. “Bu kəşf əvvəllər görünməyən xüsusiyyətlərə malik yeni materialların konstruksiyasına yol açdı və böyük ümidlər var ki, bu, gələcəyin bir çox texnologiyaları üçün mühüm addım olacaq”, -deyə N.Martensson əlavə edib. Nobel komitəsi hesab edir ki, elmi kəşfin nəticələri yeni materialların yaradılmasında istifadə oluna bilər. Bu kəşf materiyanın sirlərini aşkar etməklə yanaşı, innovativ materialların inkişafı sahəsində yeni perspektivlər açacaq. Alimlərin novatorluğu ondadır ki, onlar fiziki tədqiqatlarda qabaqcıl riyazi metodlardan - məhz topologiyadan istifadə ediblər. Riyaziyyatın bu bölməsi obyektlərin müəyyən olunmuş xassələrinə təsir göstərməyən faziləsiz deformasiyaları öyrənir. Hələ ötən əsrin 70-ci illərində bu alimlər maddənin aqreqat hallarının dəyişməsi nəticəsində onun xassələrinin dəyişməsini tədqiq ediblər.
Laureatların adlarının elan olunmasından sonra ilk müsahibəsində D.Xaldeyn qeyd edib ki, apardıqları tədqiqatların nəzəri əsaslandırması gələcəkdə kvant kompüterinin yaradılmasına kömək edə bilər və onun kvant fizikası ilə əlaqəsi var. Alim yüksək mükafata layiq görülməsinin onun üçün gözlənilməz olduğunu deyib. “Mən hədsiz təəccüb içindəyəm və həm də çox şadam”. Onun sözlərinə görə, yüksək mükafata layiq görüldükləri elmi iş çoxdan elmə məlumdur, lakin onun praktiki tətbiqi hələ indi başlayır. C.Maykl Kosterlits Nobel mükafatına layiq görülməsini “ağlasığmaz xəbər” adlandırıb. Nobel komitəsi mükafatın yarısının Taulessə veriləcəyini, qalan məbləğin digər iki alim arasında bölüşdürüləcəyini açıqlayıb.
Çox maraqlı bir məqamı da qeyd edək ki, hər üç alim Böyük Britaniyada anadan olub və ilk ali təhsillərini bu ölkənin nüfuzlu universitetlərində alıb.


***


İsveç Kral Elmlər Akademiyası oktyabrın 5-də 2016-cı ilin kimya üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Nobel mükafatına fransalı Jan -Pier Savaj, hollandiyalı Bernard L.Ferinqa və şotland əsillı amerikalı J.Fraser Stoddart layiq görülüb. Nobel Mükafatları Komitəsinin qərarını açıqlayan İsveş Kral Elmlər Akademiyasının baş katibi Qoran Xansson alimlərin ali elmi mükafata “molekulyar maşınların layihələndirilməsi və sintezinə görə” layiq görüldüklərini bildirib. Nobel komitəsinin açıqlamasında qeyd olunur ki, alimlər kimyada yeni dövrün əsasını qoyublar. Molekulyar maşınlardan yeni materialların, enerji saxlanması sistemlərinin işlənib hazırlanmasında istifadə oluna bilər. Alimlər öz tədqiqatları gedişində molekulyar maşınları tarazlıq vəziyyətindən çıxara biliblər, bunun nəticəsində isə onların enerjilərinə nəzarət etmək mümkün olub. Bu birləşmələr mühərriklərin miniatür modelini əks etdirir.
Alimləri Nobelə aparan yol hamar olmayıb. Molekulyar maşının yaradılması istiqamətində ilk addım 1983-cü ildə J.Savaj tərəfindən atılıb. O, iki dairəvi molekulu birləşdirərək katenan adlandırılan zəncir alıb. Bu sistemdə molekullar güclü kovalent rabitə əsasında deyil, daha azad mexaniki rabitə əsasında birləşiblər, bu isə onlara nisbətən sərbəst surətdə hərəkət etməyə imkan verir. 1991-ci ildə J.Stoddart ilk rotaksanı - qanteləbənzər molekul formalı və tsiklik molekullardan ibarət birləşmə sinfini yaradıb. Üçüncü lauraet, Bernard Ferinq isə molekulyar mühərrik hazırlayıb. Nobel komitəsinin üzvü Olaf Ramstrom bildirib ki, alimlər molekulyar səviyyədə hərəkətin idarə olunmasını mənimsəyiblər. Alimlərin hazırladığı maşın saç tellərindən min dəfələrlə nazikdir. Onlar molekulları birlikdə birləşdirə bilərlər ki, bu da atomar miqyaslarda avtomobil mühərriklərindən tutmuş əzələlərə qədər hər şeyi layihələşdirməyə imkan verir.
Nobel komitəsinin açıqlamasında qeyd olunur ki, laureatlar istiqamətlənmiş hərəkətlər edən və bununla da əsl mexaniki qurğular kimi fəaliyyət göstərən molekulyar mexanizmlər yaradıblar. Molekulyar maşınlar atom miqyaslı obyektlərlə dəqiq əməliyyatları yerinə yetirən molekulyar strukturlardır. Xirda molekulyar maşınlardan tibbi tədqiqatlarda da istifadə oluna bilər. Onların köməyi ilə “molekulyar əməliyyatlar” həyata keçirmək, dərman preparatlarını hüceyrələrə çatdırmaq mümkün olacaq. Bundan başqa, onlar elmin digər sahələrində də tətbiq sahəsi tapacaq. Bu cür strukturlardan tibdə, farmakologiyada, kənd təsərrüfatında istifadə oluna bilər. Süni molekulyar maşınların yaradılması texnologiyası işlənib hazırlanarsa, onda insanların fəaliyyətində texnoloji inqilab baş verəcək. Alimlərin kəşfi bəşəriyyət qarşısında nanorobotların yaradılması üçün geniş imkanlar yaradır.
Laureatlar mükafat fondunu ( 8 milyon kron və ya 933,6 min ABŞ dolları) öz aralarında bərabər bölüşəcəklər.


***


Oktyabrın 7-də Osloda 2016-cı il Nobel sülh mükafatı laureatının adı açıqlanıb. Nobel Mükafatları Komitəsinin qərarına əsasən, 2016-cı ilin Nobel sülh mükafatına Kolumbiya prezidenti Juan Manuel Santos ölkəsində 52 illik münaqişəyə son qoymaq üçün gördüyü işlərə görə layiq görülüb. Münaqişə nəticəsində 260000 adam həlak olub. Altı milyondan çox adam didərgin düşüb. Norveç Nobel komitəsi 4 illik danışıqlardan sonra FARC üsyançıları ilə əldə etdiyi sülh sazişinə görə onu yüksək mükafata layiq görüb. Qeyd edək ki, Nobel sülh mükafatı “xalqlar arasında qardaşlığın təbliği, daimi qoşunların azaldılması, yaxud tamamilə aradan qaldırılması və ya sülh konqreslərinin keçirilməsinin irəli sürülməsi və həvəsləndirilməsi sahəsində görülmüş ən yaxşı işlərə görə” verilir.
Qeyd edək ki, oktyabrın 10-da iqtisadiyyat üzrə növbəti laureatın adı açıqlanacaq. 2016-cı ilin Nobel mükafatlarının sahiblərinə təqdim olunması mərasimi isə dekabrın 10-da Alfred Nobelin anım günündə İsveçin və Norveçin paytaxtlarında keçiriləcək. Fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda Norveç kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim ediləcək.


Fiziologiya və tibb üzrə

Yoşinori Ohsumi (Yoshinori Ohsumi) 1945-ci il fevralın 9-da Yaponiyanın Fukuke şəhərində anadan olub. 1967-1974-cü illərdə Yaponiyanın Tokio Universitetində əvvəlcə bakalavr, sonra magistr səviyyəsində təhsil alıb. 1974-1977-ci illərdə Amerikanın Nyu-York şəhərindəki Rokfellər Universitetində doktorluq elmi işini tamamlayıb. 1977-ci ildə elmi işçi kimi Yaponiyaya qayıdan Y.Ohsumi 1986-cı ildə Tokio Universitetində mühazirəçi müəllim, daha sonra professor köməkçisi işləyib. 1988-ci ildə alim öz tədqiqat qrupunu yaradıb. 1996-cı ildə Okadzaki-Sitidəki Milli Fundamental Biologiya İnstitutuna dəvət alan alim burada professor vəzifəsinə təyin olunub. 2009-cu ildən Tokio Texnologiya İnstitutunun professorudur.

Fizika üzrə

Devid Ceyms Tauless (David J.Thouless) 1934-cü il sentyabrın 21-də Böyük Britaniyanın Bersden şəhərində anadan olub. 82 yaşlı alim 1958-ci ildə ABŞ-ın Kornell Universitetini bitirib. Böyük Britaniyanın Birmingem Universitetində riyazi fizika professoru olub. 1980-ci ildən ABŞ-ın Sietl şəhərindəki Vaşinqton Universitetində fizika professoru vəzifəsində çalışır. London Kral Cəmiyyətinin, Amerika Fizika Cəmiyyətinin, Amerika Milli Elmlər Akademiyası və Amerika İncəsənət və Elmlər Akademiyasının üzvüdür. 1990-cı ildə Volf mükafatına, 1993-cü ildə Dirak medalına layiq görülüb. İkiölçülü sistemlərdə Berezinsk-Kosterlits-Tauless keçidlərinin faza nəzəriyyəsinin həmmüəlliflərindən biridir.

Con Maykl Kosterlits (J.Michael Kosterlitz) 1942-ci ildə Şotlandiyanın Aberdin şəhərində anadan olub. Ali təhsilini Böyük Britaniyanın Kembric Universitetində alıb. 1969-cu ildə Oksford Universitetində fəlsəfə doktoru elmi işini müdafiə edib. Bir müddət Birmingem, Kornell universitetlərində çalışıb. 1974-cü ildə Birmingem Universitetinə mühazirəçi müəllim vəzifəsinə təyin olunub. 1978-ci ildə Harvard Universitetində dəvətli professor kimi çalışıb. 1982-ci ildən Braun Universitetinin professorudur. 1993-cü ildə Amerika Fizika Cəmiyyətinin üzvü seçilib. 2000-ci ildə Amerika Fizika Cəmiyyətinin medalına layiq görülüb.

Frederik Dunkan Xaldeyn (F. Duncan M. Haldane) 1951-ci il sentyabrın 14-də Londonda anadan olub. Böyük Britaniyanın Kembric Universitetinin məzunudur. 1978-ci ildə Kembric Universitetində doktorluq elmi işini müdafiə edib. 65 yaşlı alim hazırda ABŞ-ın Prinston Universitetinin fizika fakültəsinin professorudur. London Kral Cəmiyyətinin, Amerika İncəsənət və Elmlər Akademiyasının, London Fizika İnstitutunun, Amerika Elmin İnkişafı Assosiasiyasının üzvüdür. Amerika Fizika Cəmiyyətinin (1993) mükafatını alıb, 2008-ci ildə Lorens, 2012-ci ildə Dirak medalı ilə təltif olunub.

Kimya üzrə

Jan-Pier Savaj (Jean-Pierre Sauvage) 1944-cü il oktyabrın 24-də Parisdə anadan olub. Strasburq Lui Paster Universitetini bitirib. Bu ali məktəbdə Jan Mari-Lenin (Nobel mükafatı laureatı) rəhbərliyi altında fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiya işini müdafiə edib. 1990-cı ildə Fransa Elmlər Akademiyasının müxbir, 1977-ci ildə isə həqiqi üzvü seçilib. Hazırda Strasburq Universitetinin fəxri professorudur. Fransa Elmi Tədqiqatlar Milli Mərkəzində tədqiqatlar üzrə direktor vəzifəsində çalışır. Əsasən molekulyar kimya sahəsində ixtisaslaşıb.
 

Ceyms Freyzer Stoddart (James Fraser Stoddart) 1942-ci il mayın 24-də Şotlandiyanın Edinburq şəhərində doğulub. Edinburq Universitetini bitirib. 1966-cı ildə fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiya işini müdafiə edib. Amerika Milli Elmlər Akademiyasının, Amerika İncəsənət və Elmlər Akademiyasının, London Kral Cəmiyyətinin üzvüdür. O, hazırda Şimal-Qərb Universitetində (Çikaqo, ABŞ) molekulyar kimya və nanotexnologiya sahəsində çalışır. 1992-2002-ci illərdə dünyada elmi məqalələrinə ən çox istinad olunan 6 kimyaçıdan biri olub.

Bernard Ferinq Ferinqa (Bernard Lucas Feringa) 1951-ci il mayın 18-də Niderlandın Barqer - Kompakumme şəhərində anadan olub. Niderlandın Qroningen Universitetinin məzunudur. Hazırda bu ali məktəbin üzvi kimya fakültəsinin professorudur. 65 yaşlı alim 2011-ci ildən Niderland Kral Elmlər Akademiyasının vitse-prezidentidir. Avropa Akademiyasının (2010), Niderland Kral Elmlər Akademiyasının, Amerika İncəsənət və Elmlər Akademiyasının xarici həqiqi üzvü (2006) olan alim sterokimya, homogen kataliz və molekulyar nanotexnologiyalar sahəsində işləyir.

Sülh üzrə


Juan Manuel Santos (Juan Manuel Santos Calderon) 1951-ci il avqustun 10-da Kolumbiyanın Boqota şəhərində anadan olub. ABŞ-ın Kanzas Universitetinin iqtisadiyyat və biznes inzibatçılığı fakültəsini bitirib. 2006-2009-cu illərdə Kolumbiyanın müdafiə naziri olub. 2010-cu ilin avqustunda prezident seçkilərində qalib gəlib. 2014-2018-ci illər üzrə təkrar prezident seçilib. Qeyd edək ki, 2016-cı ildə Nobel sülh mükafatına 228 şəxs və 148 təşkilat olmaqla 376 namizəd irəli sürülüb. Bu, Nobel sülh mükafatı tarixində qeydə alınmış ən böyük siyahıdır. Bu vaxta qədər ümumilikdə 95 fərd və 23 təşkilat Nobel sülh mükafatına layiq görülüb.
yuxarı ⤴