1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Rəsmi xronika
13.10.2017 / No39

 

 

 


* Oktyabrın 12-də Prezident İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun Azərbaycan Respublikasının energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

* Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Soçi şəhərində səfərdə olub. Həmin gün Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud və geniş tərkibdə iclaslarında iştirak edib, məhdud tərkibdə iclasda çıxış edib.

* Ölkə başçısı İlham Əliyev oktyabrın 10-da “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

* Oktyabrın 10-da dövlət başçısı İlham Əliyev “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

* Prezident İlham Əliyev oktyabrın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Fərman imzalayıb.

* Prezident İlham Əliyev oktyabrın 10-da “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

* Oktyabrın 9-da Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

* Ölkə başçısı İlham Əliyev oktyabrın 9-da “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

* Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

* Prezident İlham Əliyev oktyabrın 6-da Göyçay rayonunun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

* Oktyabrın 6-da dövlət başçısı İlham Əliyev İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

yuxarı ⤴