1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Təhsil naziri Füzuli rayonunun Horadiz şəhərində vətəndaşları qəbul edəcək
13.10.2017 / No39

 
 

 

 


Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərinin nəzərinə!

Təhsil naziri Mikayıl Cabbarov 16 oktyabr 2017-ci il tarixində saat 10:00-da Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərini qəbul edəcək. Qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

yuxarı ⤴