1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Müasir texnologiyalı zavodların açılması universitetlərin məsuliyyətini artırır
13.10.2017 / No39

 
 

 

 


Universitet iş dünyası əlaqələrinə önəm verən Bakı Mühəndislik Universitetində daha bir görüş keçirilib. Sumqayıt Texnologiyalar Parkının baş direktoru Emin Məmmədov, Peşəkar İnkişaf Mərkəzinin direktoru Abbas Abbasov və direktor müavini Fərəc Əsədullayevi universitetin rektoru, professor Havar Məmmədov qəbul edib. Rektor şirkət nümayəndələrinə universitetin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, BMU-da müasir tələblərə uyğun mühəndislik ixtisasları açılıb, tədris müasir tələblərə və standartlara uyğun təşkil olunub. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən dinamik inkişaf, müasir texnologiyalarla təchiz olunmuş zavod və fabriklərin nəinki Bakıda, eləcə də rayonlarda açılması universitetlərin məsuliyyətini daha da artırır. Çünki yeni açılan zavodların daha səmərəli fəaliyyəti üçün bilikli, müasir texnologiyaları mənimsəyən kadrlar lazımdır. Bu kadrları isə universitet və şirkətlərin əməkdaşlığı ilə yetişdirmək mümkündür. Bakı Mühəndislik Universitetinin gənc və savadlı kadr potensialı var. Bu, auditoriyanı, nəzəri hissəni əhatə edir. Yüksək səviyyəli kadrlar nəzəriyyə ilə yanaşı, təcrübəsi də olanlar hesab olunur. Universitetin tərkibində müasir laboratoriyalar quraşdırılıb, Texnoparkımız var, amma tələbələrin istehsalatı canlı görmələri tamamilə fərqlidir. Bu, həm də tələbələrin dərsə həvəsini daha da artırır.

Universitetin maddi-texniki bazası ilə tanış olduqlarını qeyd edən STP baş direktoru Emin Məmmədov səmimi qəbula görə təşəkkür edib. Təmsil etdiyi şirkətin tərkibində 14 zavodun fəaliyyət göstərdiyini deyən baş direktor bildirib ki, istehsalat çox mürəkkəb sahədir. Çünki burada savadlı mühəndislərə çox ehtiyac var. Ümumiyyətlə, dünyada gənclər mühəndisliyə meyilli olmurlar, əsasən iqtisadiyyat və humanitar sahələrdə təhsil almağı seçirlər. Azərbaycanda isə bu sahəyə olan dövlət dəstəyi gənclərin mühəndislik ixtisasını seçməsinə stimul olur. Çünki onlar düşünürlər ki, təhsillərini başa vurduqdan sonra işsiz qalmayacaqlar. Amma bu gün şirkətlər əsasən mütəxəssis baxımından əziyyət çəkirlər. Bizim şirkət bir çox layihələr həyata keçirir. Ancaq yerli mütəxəssis az olduğundan məcbur qalıb xaricdən dəvət edirik. Bu isə müvəqqətidir, çıxış yolu deyil. Biz də çıxış yolunu universitetlə əməkdaşlıqda görürük. Bu gün burada gördüklərimiz bizim doğru istiqamət seçdiyimizi təsdiqlədi. Xüsusən Texnopark bizə çox maraqlı gəldi. Ümid edirəm ki, birlikdə bu problemin həlli istiqamətində uğurlu işlər görəcəyik.

BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin direktoru Təyyar Mustafayev qonaqları universitetin maddi-texniki bazası ilə tanış edib.
 

yuxarı ⤴