1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət
13.10.2017 / No39

 
 

 

 


Möhtərəm Prezident! Artıq 26 ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü - müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur. Sosial-iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər ölkəmizin qüdrətini daha da artırmaqdadır.

Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Abşeron rayonu Sizin - möhtərəm zati-alilərinin diqqət və qayğısı ilə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Rayonun Xırdalan şəhəri başda olmaqla bütün kənd və qəsəbələrində geniş yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri aparılıb, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb.

Cənab Prezident! Rayonumuza son 10 ildə 14 dəfə səfər etməyiniz, rayonun sosial-iqtisadi inkişafının sürətlənməsi barədə bir neçə sərəncam imzalamağınız bu gün öz bəhrəsini vermişdir. Belə ki, rayonumuzda istifadəyə verilən Şahmat məktəbi, Musiqi məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 105 mənzilli 2 yaşayış binası, Mədəniyyət Mərkəzinin əsaslı təmir olunması, həmçinin yüksək zövq və xüsusi memarlıqla inşa edilən Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, “Park Abşeron” əyləncə mərkəzi, Masazır kəndində 13 min tamaşaçı tutumlu stadionun istifadəyə verilməsi rayonumuza göstərilən diqqət və qayğınızın bariz nümunəsidir. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Masazır kəndində yüksək səviyyədə və müasir keyfiyyətlə inşa olunan 4 nömrəli tam orta məktəbin Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və Leyla Əliyevanın iştirakı ilə açılışı, son 10 ildə 23 körpələr evinin istifadəyə verilməsi, bu yaxınlarda istifadəyə veriləcək Masazır kəndindəki 5 nömrəli tam orta məktəb, Mehdiabad qəsəbəsindəki 5 nömrəli tam orta məktəb, Abşeron Olimpiya İdman Kompleksinin inşası məhz Sizin təhsilə və idmana olan qayğınızın, ən əsası da biz abşeronlulara olan dərin inam və rəğbətinizin ifadəsidir.

Cənab Prezident! Respublikamızda son 10 ildə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Sözügedən sahənin hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Son 10 ildə şəhər və rayonlarda 3000-ə yaxın məktəb inşa olunmuş və ya əsaslı təmir edilmişdir ki, bunun da bir hissəsi Abşeron rayonunun payına düşür.

Rayonumuzda 1997-ci ildən fəaliyyət göstərən, 2012-ci ildə yenidən inşa edilən Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin müasir tələblərə cavab verən binası qısa vaxt ərzində yenidən qurulub, elmi, maddi-texniki bazası əsaslı şəkildə yenilənib, yüksək ixtisaslı kadr potensialı ilə tam təmin olunmuşdur. Məktəbdə təlim-tərbiyə yeni və səmərəli təhsil yanaşmaları, müasir tələbləri ödəyən metod və texnologiyalar üzərində qurulmuşdur. Son 2 ildə keçirilən qəbul imtahanlarında ard-arda toplanılan 700 ballıq nəticələr təhsilə olan müasir yanaşmanın yüksək göstəricisidir.

Cənab Prezident! Diqqət və qayğınızı üstümüzdən heç bir zaman əskik etmədiyiniz üçün Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirməyi özümüzə borc bilirik. Gələcək uğurlarınızın daim və davamlı olmasını arzulayırıq.
 

Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin kollektivi
12 oktyabr 2017-ci il

yuxarı ⤴