1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Elmi tədqiqatların keyfiyyəti daha da artacaq
13.10.2017 / No39

 

 

 


UNEC-də ənənəvi “Elm aylığı”na start verilib

“Elm aylığı”nın ilk günündə rektor, professor Ədalət Muradov bildirib ki, məqsəd elmi-tədqiqat yönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-də aparılan elmi tədqiqatların səmərəliliyini artırmaq, professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq və fikir mübadiləsi aparmaqdır. UNEC-də bu istiqamətdə mühüm addımlar atıldığını, nailiyyətlər əldə edildiyini diqqətə çatdıran rektor, alimlərin tədqiqatlarını ictimai müzakirəyə çıxarması məqsədilə yaradılan diskurs.az virtual iqtisadi forumu, eləcə də ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanan “UNEC Ekspert” jurnalından bəhs edib.

Ə.Muradov bildirib ki, UNEC-də ixtisas sahələri üzrə 5 tədqiqat mərkəzi yaradılıb ki, burada Avropa, eləcə də İslam iqtisadiyyatı üzrə araşdırmalar aparılır. Eyni zamanda Nobel mükafatçılarının iştirakı ilə beynəlxalq konfranslar təşkil olunur, elmi müzakirələr keçirilir. UNEC alimləri Azərbaycanda ilk dəfə olaraq regionda ən böyük layihə olan Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə Almaniya universitetlərində tədqiqat təcrübəsində iştirak ediblər. Diferensial Əməkhaqqı Sistemində müəllimlərin reytinqini müəyyən etmək üçün elmi fəaliyyətə 40% yer verildiyinə diqqət çəkən rektor, UNEC-də elmi nəşrlərin sayının son 3 ildə 2,5 dəfə, xaricdə çap olunan məqalələrin isə 3,6 dəfə artdığını vurğulayıb.

UNEC rektoru universitetdə elmi tədqiqatların keyfiyyətinin daha da artırılması istiqamətində elm günlərinin əhəmiyyətli olacağını bildirib.

Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Stratejı Yol Xəritəsi -Elm-təhsil-innovasiya formatına keçid: dünya təcrübəsi və UNEC-də tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə UNEC-də elmi fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində bir sıra təkliflər səsləndirilib.

“Elm aylığı” çərçivəsində UNEC-də Azərbaycanın tanınmış elm xadimləri və iqtisadçılarının qatılacağı elmi seminar, “dəyirmi masa”lar keçiriləcək, elmi müzakirələr təşkil olunacaq. Eyni zamanda, TEDx beynəlxalq konfransının keçirilməsi də UNEC-də təşkil olunan “Elm aylığı”na daxil edilib.
 

yuxarı ⤴