1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Qazaxıstanlı müəllimlər ADMİU-da
13.10.2017 / No39

 
 

 

 


Qazaxıstanın bir sıra təhsil ocaqları ilə əməkdaşlıq edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin növbəti qonağı Kurnaqazi adına Qazaxıstan Milli Konservatoriyasının professoru, musiqi təhsili və pedaqogika kafedrasının müdiri Kaliakbarova Lyalya Tokenova və kafedranın baş müəllimi Şabdenova Dariya Raximalievna olub. ADMİU-nun rektoru, professor Fərəh Əliyeva qonaqları salamlayaraq səfərin məqsədi, universitetdə musiqi müəllimliyi ixtisasının tədrisi üçün yeni tədris proqramlarının işlənilməsi, yeni yanaşma və s. üzərində birgə, qarşılıqlı təcrübə, orta ümumtəhsil məktəbində musiqi müəllimi ixtisasının peşə kompetensiyaları haqqında danışıb.

Görüşdə ölkələr arasında elmi, mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, yeni yaradıcı mühitin yaradılması, müəllim və tələbələrin fəaliyyətlərinin daha da genişləndirilməsi, inkişaf etdirilməsi məqsədi ilə hər iki təhsil ocağı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Universitetin beynəlxalq işlər üzrə prorektoru, professor Gülşən Əliyeva, musiqi sənəti fakültəsinin dekanı, professor Ceyran Mahmudova, estrada kafedrasının müdiri Məryəm Babayeva, instrumental ifaçılıq kafedrasının müdiri, dosent Səbinə Mehdiyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin dekanı Laçın Həsənova, musiqi və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zemfira Abdullayevanın qatıldığı görüşdə təhsil ocaqlarında musiqi müəllimliyi ixtisası, orada tədris olunan fənlər, qəbul zamanı tələb olunan bilik və bacarıqlar haqqında geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, məktəblərdə musiqi dərsində nəzəriyyə deyil, təcrübi dərslərə, yəni danışıqdan çox, musiqiyə yer verilməlidir. Bu səbəbdən ali təhsil ocaqlarında musiqi müəllimlərinə bu bilik və bacarıqları aşılamaq üçün müvafiq fənlər tədris olunmalıdır.

Görüşdə Fərəh Əliyeva hər iki təhsil ocağının birlikdə elmi-praktik konfrans keçirməsini təklif edərək, konfransda maraqlı çıxışların yer alacağını qeyd edib.

Görüşün sonunda qonaqlar universitetə Qazaxıstandan gətirdikləri hədiyyələri təqdim ediblər.

Qeyd edək ki, qazaxıstanlı mütəxəssislərin səfəri oktyabrın 14-nə kimi davam edəcək.

yuxarı ⤴