1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





ADNSU-da açıq qapı günü keçirilib
13.10.2017 / No39

 
 

 

 


Oktyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) açıq qapı günü keçirilib.

Rektor, professor M.Babanlı universitetdə son vaxtlar həyata keçirilən islahatlar barədə məlumat verib. 2017-2018-ci tədris ilində bakalavriat səviyyəsinə ümumilikdə 2620 nəfər tələbə qəbul edildiyini deyən rektor M.Babanlı ADNSU-ya qəbul olunan tələbələrin səviyyəsinin də getdikcə yüksəldiyini qeyd edib: “Ötən tədris ilinin yekununda ADNSU-dan ümumilikdə 1637 nəfər bakalavr məzun olub. Bu il isə biz bakalavriat səviyyəsinə 2620 nəfər tələbə qəbul etmişik. Onlardan 147 nəfəri Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsidir. ADNSU-da bu il ilk dəfə olaraq 602 nəfər tələbə ingilis bölməsində təhsil alır. Bakalavriat səviyyəsində olan uğurlar sırf kəmiyyətlə yekunlaşmır. Biz keyfiyyətə çox önəm veririk. Ötən il universitetimizə qəbul olunan 2410 nəfər tələbənin ortalama balı 436 idi. Bu il isə tələbə qəbulunun artması ilə yanaşı orta bal da artaraq 439 təşkil edib. Həmçinin, universitetimizin Magistratura bölməsinə bu il ümumilikdə 512 nəfər tələbə qəbul etmişik və onların orta bal göstəricisi 100,6-dır. Əlbəttə ki, bu uğurlar bizi çox sevindirir”.

Hazırda qarşıda duran ən vacib məsələlərdən birinin universitetin maddi-texniki bazasının gücləndirilməsi olduğunu deyən rektor M.Babanlı bunun üçün hər kafedrada ayrı-ayrılıqda görüşlərin keçirildiyini, laboratoriyaların təkmilləşdirilməsi üçün birgə müzakirələr aparıldığını diqqətə çatdırıb.

2017-2018-ci tədris ilində ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə qəbulla bağlı tələbələrə məlumat verən professor M.Babanlı gənclərin bu universitetə marağının daha da artdığını bildirib: “Bu il 427 nəfər abituriyent UFAZ-a qəbul üçün müraciət etmişdi və sonda onlardan yalnız 147 nəfər bu universitetə qəbul olundu. Sevindirici haldır ki, ötən il UFAZ-a qəbul olunan tələbələrin orta balı 585 idisə, bu il orta bal 610-a çatıb. Bizim əsas məqsədimiz odur ki, Azİİ-ni UFAZ səviyyəsinə qaldıraq”.

Rektor Mustafa Babanlı həmçinin tədris proqramlarının yenilənməsi, ADNSU-nun bir neçə ixtisasının Avropada akkreditasiyadan keçməsi, İT Akademiyanın inkişaf etdirilməsi, SOCAR-ın daxili təqaüd proqramında tələbələrin iştirakı, universitetin Məzun Karyera Mərkəzi, Gündəlik təcrübə proqramı, Unibook, diplom mövzularının verilməsi, imtahanlar və başqa məsələlərdən danışıb.
 

yuxarı ⤴