1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Məktəb seminarlarına start verilib
13.10.2017 / No39

 

 

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları”na start verilib.

“Məktəb seminarları”nın “Ümumi təhsildə keyfiyyət ili”ndə ilk sessiyaları ardıcıl olaraq Nəsimi, Qaradağ və Yasamal rayonlarında keçirilib. Sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri iştirak edib.

“Məktəb seminarları” layihəsinin 3-cü ilində əsas məqsəd “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təsdiq edilmiş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

Məktəb direktorları üçün keçirilən sessiyalarda çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunması və qarşıda duran vəzifələr barədə danışıb. “Məktəb seminarları” layihəsinin əhəmiyyətindən və sessiyalarda müzakirə olunan məsələlərin nəticələrindən bəhs edib. Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, məktəblərin ictimai nüfuzunun artırılması, yeni layihələrin icrası, təmayülləşmə, fənn olimpiadalarına hazırlıq, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti məsələlərindən də söz açıb.

Sessiyalarda BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, İlhamə Abdullayeva, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, I sinfə qəbul, məktəbəhazırlığın təşkili, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəblərin payız-qış mövsümünə hazırlığı, təhsil müəssisələrinin uğurlarının təbliği və digər müvafiq mövzularda çıxış ediblər.

Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda məktəbdaxili metodiki işə nəzarət, məktəbdənkənar fəaliyyətin təhsilin məzmunundan irəli gələn ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, şagirdlərlə psixoloji xidmətin düzgün təşkili və idrak proseslərinin korreksiyası, məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi, tədris prosesinin düzgün və səmərəli qurulmasında müəllimin rolu, keyfiyyətli təhsilvermənin təmin edilməsi məsələləri müzakirə olunub.

Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, sessiyalar hər gün paytaxtın bir rayonu üzrə keçiriləcək və oktyabrın 20-də başa çatacaq.

yuxarı ⤴