1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir
13.10.2017 / No39

 

 

 


İki ölkə arasında təhsil əməkdaşlığı müvəffəqiyyətlə davam edir

Oktyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəbin, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Türkiyə Respublikasının Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı öz işinə başlayıb.

Konfransda Türkiyənin Azərbaycandakı səfirliyinin, Təhsil Nazirliyinin, Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) məsul şəxsləri, AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının, Yunis Əmrə İnstitutunun nümayəndələri, ali təhsil müəssisələrinin tanınmış və nüfuzlu pedaqoq-alimləri, eləcə də ADPU və ATMU-nun magistrantları və doktorantları iştirak edirlər.

Beynəlxalq elmi konfransın plenar iclasını ADPU-nun rektoru, professor Cəfər Cəfərov açaraq bildirib ki, Azərbaycan və Türkiyə ulu öndər Heydər Əliyevin müdrikliklə söylədiyi “Biz bir millət, iki dövlətik” fikrinə sadiq qalaraq müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik, iqtisadiyyat, energetika, ticarət, hərbi-texniki və digər sahələrdə sıx əməkdaşlıq edirlər. Yüksək səviyyəli qarşılıqlı əlaqələr, ölkələrimizin həyata keçirdiyi çoxsaylı birgə layihələr ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə böyük töhfələr verir. Hər iki ölkənin rəhbərlərinin siyasi sahədə uğurla həyata keçirdiyi əməkdaşlığı universitetlər elm və təhsil sahəsində müvəffəqiyyətlə davam etdirirlər. Bizim bu gün keçirdiyimiz beynəlxalq elmi konfrans da bu əməkdaşlığın bariz nümunəsidir.

Rektor qeyd edib ki, beynəlxalq konfransın elmi istiqamətləri Azərbaycan-Türkiyə tarixi, sosial-mədəni və ədəbi əlaqələrini, siyasi və iqtisadi münasibətləri, elm və təhsil, turizm və ekologiya sahələrini əhatə edir.

Konfransın Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikir mübadiləsi aparmaq, qarşılıqlı əlaqə və münasibətlərin genişləndirilməsi və bu sahədə yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini deyən rektor onun hər iki dövlətin elm və təhsil sahəsinin inteqrasiyasına səmərəli təsir edəcəyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

Kastamonu Universitetinin rektoru, professor Seyit Aydın, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, dosent İlham Mədətov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxış ediblər.

Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib. 3 gün davam edəcək konfransın 6 bölmədə keçiriləcək iclaslarında ümumilikdə 83 elmi məruzənin dinlənilib müzakirə olunması nəzərdə tutulur.
 

yuxarı ⤴