1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursu keçənlərə sertifikatlar verilib
13.10.2017 / No39

 

 

 


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2-6 oktyabr tarixlərində “Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu keçirilib. Kursa dövlət orqanlarında çalışan müvafiq dövlət qulluqçuları cəlb olunublar. Bu istiqamətdə kursun təşkilinin əsas məqsədi Azərbaycanın siyasi-iqtisadi və sosial inkişafı hüquqi islahatların zəmini kimi, ali idarəetmə səviyyəsində islahatlar, Azərbaycan Respublikasında hüquq islahatları, cəza siyasətinin humanistləşdirilməsi və digər problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması olub.

Kursda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi Elturan Babayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov, Ədliyyə Nazirliyi İctimaiyyətlə əlaqələr və insan hüquqları İdarəsinin rəisi Faiq Qurbanov, DİA-nın Hüquq-1 kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev, Ali Məhkəmənin mülki kollegiyasının hakimi Vəfaddin İbayev, Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının əməkdaşı Rövşən Əzizov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin insan hüquq və azadlıqlarının müdafiəsi problemləri kafedrasının rəisi-böyük prokuror Talıb Cəfərov, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təşkilatı-analitik bölməsinin rəisi Vasif Qasımov, Ali Məhkəmənin hakimi İlqar Dəmirov, Bakı Apelyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov, Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi Samir Seyidəhmədli, Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov, Konstitusiya Məhkəməsi Aparatının Məhkəmə iclaslarının təşkili sektorunun müdiri Fərrux Seyidov “Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar” istiqaməti üzrə mühazirələrlə çıxış ediblər.

Kursun sonunda Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov dinləyicilərə kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edib, onlara uğurlar arzulayıb.
 

yuxarı ⤴