1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Çexiyanın sabiq baş naziri UNEC-də olub
13.10.2017 / No39

 

 

 


Statistika sahəsində birgə kadr hazırlığının perspektivləri müzakirə olunub

Çexiya Respublikasının sabiq baş naziri, bu ölkənin Statistika İdarəsinin sabiq prezidenti, professor Yan Fişer və Praqa İqtisadiyyat Universitetinin prorektoru, professor Yakub Fişer Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

Qonaqları UNEC-də görməkdən məmnunluğunu bildirən rektor, professor Ədalət Muradov onlara universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkədə dörd dildə təhsil verən yeganə ali təhsil ocağı olan UNEC London Universiteti/London İqtisadiyyat Məktəbi, Montpellier, Mikolos Romires və Moskva Dövlət Humanitar İqtisadi universitetləri kimi nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom proqramı həyata keçirir.

Y.Fişer həmkarları ilə birgə yaratdığı və Çexiya Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi statistikaya dair magistr pilləsi üzrə yeni proqramdan bəhs edib. Bildirilib ki, bu proqramın əsas məqsədi milli və Avropa səviyyəsində tələbələrin və statistiklərin bilik və bacarıqlarını təkmilləşdirməkdir.

Y.Fişer Praqa İqtisadiyyat Universitetinin Çexiyanın iqtisad ali təhsil müəssisələri arasında lider olduğunu söyləyib. O, Cənubi Qafqazın iqtisadyönümlü ən böyük universiteti olan UNEC-lə əməkdaşlığının hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.

Statistika sahəsində birgə kadr hazırlığının perspektivləri müzakirə edilən görüşdə ikili diplom proqramları və birgə elmi tədqiqatların mümkünlüyü barədə fikir mübadiləsi aparılıb. Hər iki universitet arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu qeyd edən çexiyalı professorlar tərəflərin elmi-pedaqoji potensialından istifadə olunmaqla mövcud tədris proqramlarının daha da təkmilləşdirilməsini təklif ediblər. Bildirilib ki, bu iki ali təhsil ocağının əməkdaşlığı çərçivəsində statistika fənni üzrə birgə tədris vəsaitlərinin hazırlanması və impakt faktorlu jurnallarda birgə elmi məqalələrin dərc olunması böyük səmərə verə bilər.

Görüşdən sonra professor Y.Fişer UNEC-in tələbə və magistrlərinə müasir rəsmi statistikanın işlənməsi mövzusunda ustad dərsi keçib. Professor Yakub Fişerin ustad dərsinin mövzusu isə sosial və iqtisadi statistikanın müasir məsələləri olub. Tələbələrin suallarını cavablandıran çexiyalı professorlar onların bilik və bacarıqlarını müsbət qiymətləndiriblər.
 

yuxarı ⤴