1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Rəsmi xronika
15.10.2016/№40

 

 

 


* Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə rəsmi səfərə gəlmiş Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şəriflə görüşüb. Prezident İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
* Dövlət başçısı İlham Əliyev oktyabrın 13-də “Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) oksigen zavodunun açılışında iştirak edib.
* Oktyabrın 12-də ölkə başçısı İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb.
* Prezident İlham Əliyev oktyabrın 12-də İlyaz Əmrah oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
* Oktyabrın 12-də ölkə başçısı İlham Əliyev "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi, Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin təltif edilməsi haqqında sərəncamlar imzalayıb.
* Dövlət başçısı İlham Əliyev oktyabrın 11-də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb.
* Oktyabrın 11-də Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün 9-10 oktyabr tarixlərində Türkiyə Respublikasında işgüzar səfərdə olub. Dövlət başçısı İlham Əliyev səfər çərçivəsində oktyabrın 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla, oktyabrın 10-da İstanbulda BP şirkətinin baş icraçı direktoru Robert Dadli və Venesuela Respublikasının Prezidenti Nikolas Maduro ilə görüşüb, 23-cü Dünya Enerji Konqresinin açılışında iştirak və çıxış edib.
 

yuxarı ⤴