1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
“Azərbaycan dünyam mənim” mövzusunda tədbir keçirilib
15.10.2016/№40

 

 

 


Qax rayonunda təlim gürcü dilində olan ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi işini daha da yaxşılaşdırmaq, şagirdlərdə dilimizə olan məhəbbət və sevgini artırmaq məqsədi ilə rayon təhsil şöbəsi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
“Multikulturalizm ili” çərçivəsində rayonun Qaxingiloy kənd tam orta məktəbində təşkil edilən “Azərbaycan - dünyam mənim” mövzusunda tədbir də məhz ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin təbliği və ictimaiyyətə təqdim edilməsi məqsədi daşıyıb.
Tədbirdə rayonda fəaliyyət göstərən təlim gürcü dilində olan ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, kənd ziyalıları, ictimaiyyətin nümayəndələri, həmçinin rayon təhsil şöbəsinin məsul əməkdaşları iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan çoxmillətli ölkədir və burada ayrı-ayrı xalqların nümayəndələri mehriban şəraitdə yaşayır. Qax rayonu da multikultural dəyərlərin və tolerantlığın yüksək səviyyədə qorunub saxlandığı rayonlardan biridir.
Tədbirdə Qaxingiloy kənd məktəbinin və onunla qardaşlaşmış Qax şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan və gürcü dillərində şeir söyləyib, mahnı oxuyub və milli rəqsləri ifa ediblər.

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴