1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Boks üzrə açıq birincilikdə uşaq və yeniyetmələr mübarizə aparıblar
15.10.2016/№40

 

 

 


18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Gənclər və İdman İdarəsinin, təhsil şöbəsinin, Uşaq-Gənclər İdman Məktəbinin və Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Qıvraq qəsəbə tam orta məktəbində uşaq və yeniyetmələr arasında boks üzrə açıq birincilik keçirilmişdir.
Birincilikdə 17 idmançı iştirak etmişdir. Gərgin keçən mübarizə nəticəsində 52 kq çəki dərəcəsində Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbinin şagirdi Ayxan Qubuşov I yerə, Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Səttar Seyidov II yerə, Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbinin şagirdi İsmayıl Mahmudov III yerə, 49 kq çəki dərəcəsində Kəngərli rayon Xok kənd tam orta məktəbinin şagirdi Ruslan Seyidov I yerə, Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbinin şagirdləri Əli Seyidov II yerə, Çingiz Qasımov III yerə, 35 kq çəki dərəcəsində Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Sinan Əbilov I yerə, Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbinin şagirdləri Cəsarət Qədimov II yerə, Ucar Musayev isə III yerə layiq görülmüşdür.
Sonda idmançılara Kəngərli Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilmişdir.
 

yuxarı ⤴