1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Rəsmi xronika
20.10.2017 / No40

 

 

 


* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi və ölkənin bir qrup energetikinə fəxri adların verilməsi haqqında sərəncamlar imzalayıb.

* Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da X.T.Orucova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

* Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün Türkiyə Respublikasına səfərə gedib.

* Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

* Prezident İlham Əliyev oktyabrın 18-də MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçılarını qəbul edib.

* Oktyabrın 18-də ölkə başçısı İlham Əliyev Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Oktyabrın 17-də Prezident İlham Əliyev Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.

* Dövlət başçısı İlham Əliyev oktyabrın 17-də görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

* Oktyabrın 16-da İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

* Prezident İlham Əliyev oktyabrın 16-da Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Sooronbay Jeenbekova bu vəzifəyə seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

* Oktyabrın 14-də Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi, bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncamlar imzalayıb.

* Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub. Həmin gün ölkə başçısı İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib, dövlət başçıları görüşdə çıxış ediblər. Hər iki ölkənin Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər.

* Dövlət başçısı İlham Əliyev oktyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.



 

yuxarı ⤴