1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə
20.10.2017 / No40

 
 

 

 


Bu üsullar elə seçilməlidir ki, şagirdin hərtərəfli inkişafına müsbət təsir göstərsin

Könül MƏMMƏDOVA,
Bakı Mühəndislik Universiteti

Tarixən pedaqoji tətqiqatlar göstərmişdir ki, tədrisdə, pedaqoji prosesdə qiymətləndirmə mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycanda qiymətləndirmənin tarixi XIX əsrə təsadüf edir. Belə ki, şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsi tarixən Azərbaycan pedaqoji ictimaiyyətinin diqqət mərkəzində olmuş, bu sahədə ilk tədqiqatlar Məmməd Tağı Sidqi tərəfindən aparılmış və 1892-ci ildə Ordubad şəhərində təsis etdiyi “Əxtər” adlı məktəbdə tətbiq edilmişdir.

Məsələn, bəzi mövzulara aid nümunələr göstərmək olar:

“Sadə həndəsi fiqurların öyrədilməsi” mövzusu keçildikdən sonra həmin dərsdə fəal olan şagirdlər dəyərləndirilə bilər. Müəllim yeni mövzunu izah edərkən sual-cavabda aktiv olan şagirdlərə dərsin sonunda həmin fiqurların modellərini hədiyyə edə bilər.



Bu dəyərləndirmənin müsbət nəticəsi olaraq deyə bilərik ki, sonrakı dərslərdə digər şagirdlər də yeni mövzuların izahı zamanı fəal olmağa çalışacaqlar. Müəllim bu üsuldan istifadə etməklə şagirdlərin dərsə marağını, diqqətini artırmış olacaqdır.

“Ədədlərin müqayisəsi < > = ” mövzusunu da keçərkən müəllim müstəqil işlərin nəticəsini qiymətləndirərkən fərqlilik edə bilər. Səhvi olmayan şagirdləri > =, 40-8 səhvi olanları isə < 40-9 işarəsi ilə qiymətləndirə bilər.

Bundan başqa, hər hansı oxu materialının soruşulub qiymətləndirilməsində müəllim yenilik edə bilər. Məsələn , kim hekayəni düzgün danışsa, səhvi olmasa bütün sinif həmin şagirdi alqışlayacaq. Burda əsas məqsəd bütün sinfin danışana diqqətlə qulaq asması və həmçinin şagirdlərin bir-birlərini dəyərləndirməsidir.

Alternativ qiymətləndirmə üsullarına əlavə olaraq şagirdlərin vəzifələndirilməsini də qeyd etmək olar. Belə ki, dərsdə fəal olan şagirdlərə hər hansı vəzifə verilməsi. Məsələn: vəzifələndirilən şagird sinfin təmizliyinə nəzarət etməli, müəyyən işlərində müəllimin yardımçısı olmalı və s. Bu üsul da şagirdlərdə müəyyən xüsusiyyət və keyfiyyətləri, eləcə də kiçik yaşlardan idarəçilik qabiliyyətlərini üzə çıxaracaqdır.

Əlavə olaraq cəzalandırılaraq dəyərləndirmə üsulunu da misal göstərmək olar. Məsələn, şagirdlərə bildirilir ki, səhvi olan şagirdə müxtəlif cəzalar veriləcək. Yəni, dərs danışan şagird səhvə yol verərsə digər şagirdlər tərəfindən deyiləni edəcək. Cəza olaraq ya şeir, ya mahnı, ya nağıl və s. söyləyə bilər. Bu üsulda cəza yumşaq xarakter daşıyır. Cəzalandırılaraq dəyərləndirmədən qrup işlərində də istifadə etmək olar.

Alternativ qiymətləndirmə üsullarından istifadə şagirdlərdə dərsə marağın artırılmasında, həm də təlimin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Çünki qiymətləndirmə, dəyərləndirmə şagirdləri daha diqqətli olmağa, verilən tapşırıqlarını səylə yerinə yetirməyə sövq edir, onlarda səliqəli, özünə tələbkar olmaq və həmçinin kollektivçilik kimi keyfiyyətləri formalaşdırır.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi II yazı müsabiqəsinə təqdim olunub.
 

yuxarı ⤴