1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Avropa və Mərkəzi Asiyanın ən yaxşı universitetlərinin adları açıqlandı
20.10.2017 / No40

 

 

 


BDU və Xəzər Universiteti ilk 100-lükdə yer aldı

Oruc MUSTAFAYEV

Böyük Britaniyanın beynəlxalq təhsil xidmətləri sahəsində ixtisaslaşmış Quacquarelli Symonds (QS) agentliyi inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya ölkələrinin ən yaxşı universitetlərinin 2018-ci il üzrə reytinqini (QS EECA University Rankings 2018) açıqlayıb. Artıq 3 ildir ki, reytinq cədvəlinə Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti başçılıq edir. İkinci yerdə isə Rusiyanın daha bir ali məktəbi - Novosibirsk Dövlət Universiteti qərarlaşıb. Sıralamanın 3-cü pilləsində Estoniyanın Tartu Universiteti yerləşib.

Reytinqin tərtibçiləri qeyd edirlər ki, MDU “akademik nüfuz”, “işəgötürənlər arasında nüfuz”, “tələbə-müəllim nisbəti”, “internet resursların effektivliyi” kimi kateqoriyalarda əla nəticə göstərərək 100 mümkün baldan 100-nü toplayıb. Bütövlükdə reytinqdə dünyanın 24 ölkəsindən 300 ali məktəb yer alıb. Onlardan 97-si Rusiyanın payına düşür. Bu da ötən ildəkindən 33 universitet çoxdur. Azərbaycan reytinqdə 6 universitetlə təmsil olunur. Azərbaycan ali məktəblərinə Bakı Dövlət Universiteti başçılıq edir. BDU (95-ci yer) və Xəzər Universiteti (100-cü yer) ilk 100-lükdə yerləşir. Ölkəmizin daha 3 ali məktəbi - Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250) 300 universitet arasında təmsil olunur.

QS ekspertləri tədqiqatın tərtib olunması gedişində universitetləri 9 göstərici - akademik nüfuz, işəgötürənlər arasında nüfuz, tələbələrin ali məktəb əməkdaşlarının ümumi sayına olan nisbəti, bir əməkdaşa düşən elmi nəşrlərin, elmi məqalələrə olan istinadların sayı, ali məktəbin internetdə fəallığı, əcnəbi müəllimlərin, elmi dərəcəli əməkdaşların və əcnəbi tələbələrin sayı kimi kriteriyalar əsasında təhlil ediblər. Reytinqlə daha ətraflı www.topuniversities.com/university-rankings/eeca-rankings/2018 ünvanından tanış olmaq olar.


Avropa və Mərkəzi Asiyanın ən yaxşı universitetləri

 

yuxarı ⤴