1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Rəsmi xronika
22.10.2016/41

 

 

 


* Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın etimadnaməsini qəbul edib.
* Dövlət başçısı İlham Əliyev oktyabrın 20-də “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
* Oktyabrın 19-da Prezident İlham Əliyev Qazax və Ağstafa rayonlarında səfərdə olub. Ölkə başçısı səfər çərçivəsində hər iki rayonda bir sıra sosial-iqtisadi yönümlü obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak edib.
* Ölkə başçısı İlham Əliyev oktyabrın 19-da Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi, bir qrup energetikə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncamlar imzalayıb.
* Oktyabrın 18-də dövlət başçısı İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu qəbul edib.
* Prezident İlham Əliyev oktyabrın 18-də İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
* Oktyabrın 17-də dövlət başçısı İlham Əliyev Dmitri Kisilyovun - “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin suallarına cavab verib.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda iştirak edib. Prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.
 

yuxarı ⤴