1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

Ən yaxşı müəllimin dərs nümunəsi
22.10.2016/41

Şəkil1

Şəkil2

Şəkil3

 

 

 


L.ƏLİYEVA,
İmişli şəhər A.Eminov adına 7 nömrəli tam orta məktəbin biologiya müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Sinif: IX sinif.
Fənn: Biologiya.
Mövzu: Emosiya və yaddaş.
Məqsəd: Emosiya və yaddaşın xarakteristikasını bilir.
Təlim forması: Kollektivlə iş, qruplarla iş.
Təlim üsulu: Beyin həmləsi, təqdimat, müzakirə.
Resurslar: Dərslik, elektron təqdimat.
Dərsin gedişi: Sinif təşkil olunur.
Motivasiya: Motivasiya üçün aşağıdakı mətn təqdim olunur:
Bir gün bir nəfər şəhərə üz tutur. O heç vaxt evindən kənarlaşmamışdı. Birdən onun gözünə balaca bir oğlanın “Afişa! Afişa!”, - deyə qışqırması sataşır. Yaxınlaşıb soruşanda bilir ki, teatra bilet satır. O teatrın nə olduğunu bilmir, lakin cibində olan son pulunu biletə verib teatra getməyi qərarlaşdırır. Tamaşa o qədər maraqlı olur ki, onun nə vaxt bitdiyini belə hiss etmir. Direktor ondan teatrı tərk etməyi xahiş edir. Ancaq bu insanın getməyə yeri olmadığı üçün orda qalmağı və kitabxanada işləməyi xahiş edir. Direktor çox tərəddüddən sonra razılaşır və çıxarkən dönüb həmin insanın adını soruşur. O, “Vilyam Şekspir”, - deyə cavab verir.
Yönəldici sual:
- Sizcə, bu dahi insanı teatrda nə cəlb etmişdi ki, onu sonra dünyada tanıtdı?
Burada şagirdlər fikirlər söyləyirlər. Onların söylədikləri əsasında mövzu - “Emosiya və yaddaş” elan olunur.
Şagirdlər qruplara bölünür. Hər qrupa tapşırıqlar verilir.
I qrup:
Emosiyanin xarakteristikası, ifadəli hərəkətlərin emosiyada rolu (Şəkil1)

II qrup
Yaddaşın xarakteristikası və növü (Şəkil2)

Tapşırıqlar üzərində işləyən şagirdlər belə qənaətə gəlirlər ki, emosiyalar insanın tələbatından irəli gəlir. O da qeyd olunur ki, tələbatlar üç cürdür: bioloji təlabat, ideal tələbat, sosioloji tələbat.
Məlumat mübadiləsi:
Dərsin bu mərhələsində qruplar öz işlərini təqdim edirlər. Buna görə hər qrupa 2-3 dəqiqə vaxt verilir.
Məlumatın müzakirəsi:
Müəllim qruplara suallar vermək, düzəliş və ya əlavələr etmək imkanı yaradır (kimin əlavəsi və ya sualları var) və ya yönəldici suallar verir (məsələn, emosiyaların mənfi və müsbət cəhətləri, yaddaşın yalnız insana məxsus olması) və sonda öz fikrini və əlavələrini də edir.
Burada meyarlara əsasən qiymətləndirmə aparır.
Ümumiləşdirmə və nəticə:
Bu mərhələdə dərsin mərhələləri və qazandıqları bilik və bacarıqlar barədə ümumi sorğu keçirilir.(Şəkil3)

İfadəli hərəkətlər emosiyanın dilidir.
İnsan yadda saxlamağı qarşısına məqsəd qoyursa, ona səy göstərirsə bu, iradə yaddaşı hesab olunur.
Ev tapşırığı: Pozulmuş yaddaşı bərpa etmək olarmı?
Qiymətləndirmə məlumat mübadiləsindən sonra aparılır:
Qiymətləndirmə üsulu: müşahidə
Qiymətləndirmə vasitəsi: meyarlar cədvəli

 

yuxarı ⤴