1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Stolüstü tennis üzrə Azərbaycan Kuboku qazanılıb
22.10.2016/41

 

 


Gənclər və yeniyetmə idmançılar arasında stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlar başa çatıb.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışlarda 1999-2002-ci il və daha kiçik təvəllüdlü məktəblilər iştirak edib. Şəxsi-komanda xarakteri daşıyan yarışlarda respublika üzrə 130-a yaxın idmançı iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışlarda “Təhsil” Respublika İdman Mərkəzinin yeniyetmə və gənclərdən ibarət yığma komandaları komanda birinciliyində müvafiq olaraq Azərbaycan Kubokunun sahibi olublar.
Qalib idmançılara diplom, kubok və mükafatlar təqdim olunub.

www.edu.gov.az

yuxarı ⤴