1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Rəsmi xronika
27.10.2017 / No41

 

 

 


* Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpinə Çin Kommunist Partiyasının XIX Qurultayının uğurla başa çatması, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

* Oktyabrın 25-də ölkə başçısı İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyev oktyabrın 24-də böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

* Oktyabrın 24-də dövlət başçısı İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

* Ölkə başçısı İlham Əliyev oktyabrın 24-də Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Oktyabrın 23-də dövlət başçısı İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

* Prezident İlham Əliyev oktyabrın 23-də Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 

yuxarı ⤴