1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Qiymətləndirmədə formativ testlərdən istifadənin rolu
27.10.2017 / No41

Cədvəl 1

Cədvəl 2

 

Cədvəl 3

 

Cədvəl 4

 

 

 


Belə qiymətləndirmə vasitələrini hər bir müəllim hazırlaya bilər

Nəbi MAHMUDOV,
Bakı şəhəri 83 nömrəli məktəb-liseyin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını nəzərdə tutur.

Biz bu baxımdan təhsilalanın fəaliyyətinin izlənilməsi, bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubriklər hazırlamasını, rubrikin səviyyələrinə uyğun qiymətləndirmə tapşırıqları (formativ testlər) tərtib və tədris prosesində onlardan istifadə etməsini, bununla bağlı hər bir dərsdə ardıcıl atılacaq addımları (alqoritmi) təklif edirik:

1. Təhsilverən ilk olaraq alt məzmun standartını seçir;

2. Alt məzmun standartına uyğun təlim məqsəd(lər)ini müəyyən edir;

3. Qiymətləndirmə aspektini aydınlaşdırır;

4. Açar sözləri təyin edir;

5. Alt məzmun standartı üzrə fəaliyyətin izlənilməsi və qiymətləndirilməsi üçün qiymətləndirmə səviyyələrini (rubrik) tərtib edir;

6. Fəaliyyətin hər bir səviyyəsi üzrə qiymətləndirmənin obyektiv, şəffaf olmasını təmin etmək üçün uyğun qiymətləndirmə vasitələri (formativ test) hazırlayır;

7. Təhsilalanlara təklif olunmuş formativ testləri (qiymətləndirmə vasitələrini - indikatorları) qiymətləndirir;

8. Qiymətləndirmə nəticələrinə əsasən təhsilalana müvafiq fərdi yanaşmanı müəyyən edir;

9. Qiymətləndirmənin nəticələrini “Məktəbli kitabçası”nda və “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə qeyd edir.

Təhsilverənin dərsin gedişində bu alqoritmə müntəzəm olaraq əməl etməsi onun peşəkarlıq səviyyəsinin yüksəlməsinə, təhsilalanın səriştələrə yiyələnmiş mütəxəssis kimi yetişməsinin təməlinin qoyulmasına zəmin yaradır.

Bu baxımdan da biz aşağıda təhsilalanın fəaliyyətinin alt məzmun standartı üzrə izlənilməsi və qiymətləndirilməsini - nəyi nə üçün hansı səviyyədə bildiyini, tətbiq etdiyini (nəticələrə əsasən başvermə səbəblərini) müəyyən etmək üçün rubrik nümunəsi və rubrikin səviyyələrinə müvafiq formativ test (indikator) nümunələri veririk:

Nümunə 1. Riyaziyyat, 3-cü sinif.

Alt məzmun standartı: 1.1.1 - şagird 1000 dairəsində ədədləri oxuyur və yazır.

Təlim məqsədi: şagird 1000 dairəsində ədədləri mərtəbələrə ayırmağı, oxumağı və yazmağı nümayiş etdirir.

Qiymətləndirmə aspekti: ədədi mərtəbələrə ayırma, oxuma və yazma

Açar sözlər: ədəd, 1000 dairəsində ədəd, ədədi oxuma, yazma

Qiymətləndirmə səviyyələri (4 səviyyəli rubrik): (Cədvəl 1)

Qeyd edək ki, qiymətləndirmə aspekt(lər)indən asılı olaraq holistik və ya analitik, həmçinin digər rubriklərdən istifadə olunur. Biz holistik rubrik verməklə kifayətlənirik. Bununla belə təhsilalanın fəaliyyətinin izlənilməsi və bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün digər rubrik və formativ test nümunələri də hazırlamaq və istifadə etmək olar.

Aşağıda təhsilalanın bacarıq səviyyəsini yuxarıda verilən rubrikin səviyyələrinə uyğun tapşırıqlarla (formativ testlə) qiymətləndirmək üçün nümunə təklif edirik: (Cədvəl 2)

Nümunə 2. Riyaziyyat. 6-cı sinif.

Alt məzmun standartı: 2.2.2 - şagird tam ədədlər çoxluğunda tənlikləri həll edir.

Təlim məqsədi: şagird tam ədədlər çoxluğunda tənlikləri həll etdiyini nümayiş etdirir.

Qiymətləndirmə aspekti: tənliyin tam ədədlər çoxluğunda həllini tapma

Açar sözlər: tənlik, tam ədəd, tam ədədlər çoxluğunda həlli

Qiymətləndirmə səviyyələri (4 səviyyəli): (Cədvəl 3)

Aşağıda təhsilalanın bacarıq səviyyəsinə uyğun qiymətləndirmə tapşırıqlarının nümunələri verilir: (Cədvəl 4)

Hər bir təhsilverən hər bir dərsdə reallaşdırdığı alt məzmun standart(lar)ına uyğun müəyyən etdiyi təlim məqsəd(lər)i üzrə səviyyələri təyin etmək üçün qiymətləndirmə vasitələri hazırlaya bilər və hazırlamalıdır. Lakin bu zaman tərtib olunan - hazırlanan vasitələr alt məzmun standartının səviyyələri üzrə qiymətləndirilməsini (ölçülməsini) təmin etməlidir. Eyni zamanda bu qiymətləndirmə vasitələri demək olar ki, ölkə səviyyəsində təxminən eyni (səviyyəli) olmalıdır. Çünki qiymətləndirmə eyni alt məzmun standartları üzrə aparılır.

Beləliklə, təhsilverən hər bir dərsdə hər bir təhsilalanın fəaliyyətini izləyir, əldə etdiyi nəzəri bilikdən istifadəetmə (tətbiqetmə) bacarığını müəyyən edir, ona bacarıq səviyyəsinə uyğun müvafiq fərdi yanaşma təyin edir, zəruri məsləhət və tövsiyələr verir, onların yerinə yetirilməsinə nəzarət edir, dəyərləndirmələr aparır, zəruri hallarda məktəb rəhbərliyini, həmçinin valideyni məlumatlandırır.

Son illər məktəb-liseydə bu sahədə həyata keçirilənlərə rəğmən deyə bilərik ki, təhsilverənin yuxarıda təklif olunan alqoritmdən kreativ bəhrələnməsi onun təhsilalanın fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi sahəsində peşəkarlıq səviyyəsinin yüksəlməsini təmin edəcəkdir. Bu isə müstəqil dövlətimizdə yaşayacaq, fəaliyyət göstərəcək, onun inkişafı üçün çalışacaq vətəndaşların yetişdirilməsində mühüm rol oynayacaqdır.

yuxarı ⤴