1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Şagirdlərlə işləməyi sevirəm”
27.10.2017 / No41

 

 

 


Arzu Xəlilova: “Onların dil öyrənməyə marağı mənə işimi daha da sevdirdi”

Qısa tanıtım: Xəlilova Arzu Vaqif qızı 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. Təfəkkür Universitetinin filologiya fakültəsinin ingilis dili müəllimliyi ixtisasını bitirib. 2017-2018-ci tədris ilində Ağstafa rayon Poylu qəsəbə tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə 49 bal toplayıb.

- Arzu xanım, nə üçün müəllimlik peşəsi...

- Hər bir insanın uşaqlıqdan arzusu olur. Kimi həkim, kimi mühəndis, kimi də müəllim... Mən məhz müəllim olmaq istəyənlərdən idim. Həmişə uşaqları başıma toplayıb, dərs keçərdim. Böyüdükcə anladım ki, bu, sadəcə bir uşaqlıq arzusu deyil, həm də düzgün verilmiş bir qərardır. Elə buna görə də ixtisas seçərkən müəllimliyi seçdim.


- Pedaqoji fəaliyyətinizdə şagirdlərlə işləmək necə, sizə çətin deyilmi?
- Xeyr, ötən il də müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etdim. Müqavilə ilə Böyük Kəsik kənd tam orta məktəbində işlədim. Orda işləmək də mənə çətin deyildi. Sadəcə yol çox uzaq idi. Hər gün 35 km-dən çox məsafə qət etmək yorucu olurdu. Şagirdlərlə işləməyi sevirəm. Bildiklərimi öyrədirəm. Öyrənməyə maraqlı şagirdlər çoxdur. Onların gözündəki işıq mənə stimul verir.

- İmtahanda 55 bal toplayıbsınız. Belə uğurlu nəticə əldə etməyinizi necə izah edərsiniz?

- Yüksək nəticə əldə etmək üçün yaxşı hazırlaşmaq lazımdır. Mən qarşıma məqsəd qoydum. Əslində hədəfim 60 bal idi. Amma həyəcan və tələskənliyə görə bəzi səhvlərim oldu. Bir də qarşısına məqsəd qoyan müəllim yaxşı nəticə əldə edə bilər.

- Şagirdlərin sizin tədris etdiyiniz fənnə marağı necədir?

- Düzünü desəm ilk anda bir az çətin oldu. Çünki ingilis dili xarici dil olduğundan yeni sözlər, yeni cümlələr şagirdlərə çətin gəlirdi. Amma şagirdlərin dil öyrənmə marağı mənə işimi daha da sevdirdi.
- Sonda, müəllim olmaq istəyənlərə tövsiyəniz...

- Müəllim olmaq istəyənlərə, ilk növbədə, demək istəyirəm ki, peşənizi sevin. Mən çalışdım, bacardım, çalışsalar onlar da bacaracaqlar. Müəllim olmaq istəyənlərə uğurlar arzu edirəm. Həmçinin, fürsətdən istifadə edərək Təhsil Nazirliyinə dərin minnətdarlığımı bildirirəm. Biz gənc müəllimlər yaradılan imkanlardan stimul alaraq öz üzərimizdə ürəklə işləyirik.

Nəcibə VƏLİYEVA,
Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴