1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Fransız-Azərbaycan Universitetində tələbə biletləri təqdim edilib
29.10.2016/№42

 

 


Oktyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Fransız-Azərbaycan Universitetinin (UFAZ) tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin təqdim olunması mərasimi keçirilib.
Tədbirdə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Strasburq Universitetinin nümayəndəsi Filipp Turek, UFAZ-ın professor-müəllim heyəti və KİV nümayəndələri iştirak edib.
Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin və birgə əməkdaşlığın əhəmiyyətindən danışıb, UFAZ-ın uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu qeyd edib. Səfir bildirib ki, bu il kimya üzrə 3 Nobel mükafatçısından biri məhz UFAZ-ın professorudur.
Belə bir layihəni təqdirəlayiq hal kimi dəyərləndirən səfir onu da əlavə edib ki, UFAZ-ın tələbələrinin Strasburq Universitetinin kitabxanasından onlayn istifadə etmək imkanları var.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev qeyd edib ki, UFAZ layihəsi iki ölkə arasında sosial-mədəni əlaqələrin ən aparıcı sahəsi olan təhsil əlaqələrinin inkişafında yeni bir mərhələni təşkil edir. Bu layihə eyni zamanda Azərbaycan gənclərinin Fransanın mədəniyyəti, zəngin elmi, mədəni irsi ilə yaxından tanış olmağa, eləcə də ölkələrimiz arasında milli-mədəni əlaqələrin daha da inkişaf edərək genişlənməsinə şərait yaradacaqdır.
Sonra UFAZ-da təhsil alan tələbələrə Strasburq Universitetinin tələbə biletləri təqdim olunub.
Qeyd edək ki, UFAZ layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə gerçəkləşdirilib.
2016-2017-ci tədris ili üçün UFAZ-a 4 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 143 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişi, 23 nəfəri isə ödənişli əsaslarla təhsil alır.
Tədris Fransa universitetlərindən cəlb edilmiş və yerli mütəxəssislər tərəfindən ingilis dilində aparılır. Təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.

www.edu.gov.az

yuxarı ⤴