1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Naxçıvan Dövlət Universitetinin magistrantları üçün yeni elmi perspektivlər
29.10.2016/№42

 

 


Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin şöbə müdirləri və aparıcı əməkdaşları ilə universitetin magistrantlarının görüşü keçirilib.
Ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə 1997-ci ildə təməli qoyulan magistratura pilləsi üzrə təhsilin səviyyəsindən danışıb. Bildirilib ki, magistraturanın fəaliyyəti 37 kafedranı əhatə edir. Universitetdə 47 ixtisas üzrə magistratura təhsili verilir.
Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin AMEA-nın Naxçıvan Bölməsi ilə səmərəli elmi əməkdaşlığı, təcrübə mübadiləsi, müştərək elmi tədqiqat və elmi nəşrləri, universitetin magistratura üzrə məzularının uğurlu elmi fəaliyyəti haqqında danışıb.
AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə yaradılan AMEA-nın Naxçıvan Bölməsinin Naxçıvanın mühüm elmi-tədqiqat mərkəzi olmasından söz açıb, onun fəaliyyət istiqamətlərindən danışıb. Akademik İsmayıl Hacıyev Naxçıvan Dövlət Universitetinin AMEA Naxçıvan Bölməsi üçün fundamental kadr potensialı rolu oynadığını vurğulayıb, magistrantları fəal əməkdaşlığa, məhsuldar elmi fəaliyyətə dəvət edib.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov da magistrantlara yaradıcı elmi tədqiqatla məşğul olmağı tövsiyə edib, elmi nailiyyətlər qazanmağın sonsuz maraq və sevgi, elmi fədakarlıq nəticəsində mümkünlüyünü vurğulayıb.

Mehriban SULTAN,
Mətbuat şöbəsinin müdiri
 

yuxarı ⤴