1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
29.10.2016/№42

 

 


“eazi START” startap məktəbinin üç layihəsi müsabiqədə qalib gəlib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “eazi START” startap məktəbinin Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi müsabiqəyə təqdim etdiyi üç layihə qalib gəlib.
“eazi START” startap məktəbinin Elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə layihələrin qəbul edildiyi bu qrant müsabiqəsində Magic Words, Smart Keyboard, Comfortab layihələri müvafiq olaraq 15000, 12000 və 10000 manat həcmində qrant udublar.
Qrant müsabiqəsinə ümumilikdə 121 layihə təqdim olunub, onlardan 112-si ilkin ekspertiza mərhələsini uğurla keçib kompleks ekspertizaya təqdim edilib. Kompleks ekspertizaya təqdim olunan layihələrdən 61-i müsbət rəy alıb. Fondun Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 61 layihədən sonda 29-nun maliyyələşdirilməsi haqqında qərar qəbul edilib. Fondun Müşahidə Şurasının qərarı ilə 29 layihəyə ümumilikdə 395000 AZN qrant vəsaiti ayrılıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində startap məktəbi və biznes inkubatoru olan “eazi START” 2015-ci ilin sonlarında yaradılıb, 2016-cı ilin yanvarında burada ilk təlimlərə başlanılıb. Startap məktəbinin inkişafında, təlimlərin həyata keçirilməsi və tələbələrlə işlərin aparılmasında tərəfdaş qurumlar olan “Sikorski Çellenc” (Ukrayna) və “BeNextIT” (İsrail) biznes inkubatorları yaxından iştirak edib. İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “eazi START” startap məktəbinin ilk buraxılış festivalı keçirilib. Festivalda 15 startap layihəsi təqdim edilib.


Startap təlimlərinin yeni mərhələsi başlanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “eazi START” innovasiya mərkəzində startap təlimlərinin yeni mərhələsi başlanıb. Mərkəzin israilli mentoru İqor Peerin 24-27 oktyabr tarixləri ərzində apardığı treninqlərdə universitetin 50-dən çox tələbəsi iştirak edib.
Fevralda keçirilməsi nəzərdə tutulan buraxılış festivalına qədər davam edəcək təlimlərdə kreativ tələbələrin ideyalarına əsaslanan layihələr üzərində iş aparılacaq.
“eazi START” Azərbaycanda startap hərəkatına töhfə vermək, əsasən gənclərin innovativ ideyalarının biznes strukturlara çevrilməsinə dəstək göstərmək məqsədilə fəaliyyət göstərir. Qurumun hədəflərinə yalnız Azərbaycan üçün deyil, həmçinin dünya səviyyəli layihə və məhsulları ortaya çıxarmaq da daxildir.


Təhlükəsizlik mütəxəssisi Pete Finnigan ilə görüş keçirilib

Oktyabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Oracle İstifadəçiləri qrupunun (“Azerbaijan Oracle User Group”) və ADNSU İnformasiya Texnologiyaları (İT) Departamentinin təşkilatçılığı ilə dünyanın 1 nömrəli “Oracle” təhlükəsizlik mütəxəssisi sayılan Pete Finniganın tələbələrlə görüşü keçirilib. Görüşdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, ADNSU-nun İT departamentinin direktoru Elnur Səfərli, “Azerbaijan Oracle User Group”un rəhbəri Kamran Ağayev də iştirak edib.
Tədbiri giriş sözü ilə açan dosent Ata Babayev bu cür seminarların ADNSU-da keçirilməsinin əhəmiyyətindən danışıb. Qonaqları tələbələrə təqdim edən A.Babayev onların bu cür mütəxəssislərdən çox şey öyrənə biləcəyini vurğulayıb.
Seminarda iştirak edən hər kəsə öz minnətdarlığını bildirən “Azerbaijan Oracle User Group”un rəhbəri Kamran Ağayev tələbələrə “Oracle” haqqında geniş məlumat verib.
Daha sonra “Oracle” təhlükəsizliyi sahəsində mütəxəssis olan Pete Finnigan təhlükəsizlik mövzusunda çıxış edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


ADNSU-nun dosenti diplom, medal və fəxri ad ilə təltif olunub

Oktyabrın 8-dən 12-dək Rusiya Federasiyasının Soçi şəhərində Rusiya Təbiət Elmləri Akademiyasının payız sessiyası keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) neftin, qazın nəqli və saxlanması kafedrasının dosenti, kimya elmləri doktoru Hüseyn Qurbanov iştirak edib. H.Qurbanov Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü diplomu, həmçinin M.V.Lomonosov, D.İ.Mendeleyev adına medalları və “Əməkdar elm və təhsil xadimi” fəxri adı ilə təltif olunub.

Mətbuat xidməti

yuxarı ⤴